Modern.az

Şəki sakinini it parçaladı

Şəki sakinini it parçaladı

Aktual

16 Dekabr 2017, 19:53

Şəki rayon sakinini it dişləyib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun  Şin kənd sakini, 1986-cı il təvəllüdlü Fərahim aydın oğlu Həsənov it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) gətirilib.

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, 31 yaşlı Fərahim Həsənov yolda sahibsiz itin hücumuna məruz qalıb. İt ona qarın nahiyəsindən xəsarətlər yetirib.

 

F. Həsənova lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə zərdab vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi