Modern.az

Avropanın ən yaşlı qadını qocalar evində öldü

Avropanın ən yaşlı qadını qocalar evində öldü

16 Dekabr 2017, 20:02

Avropanın ən yaşlı qadın sakini dünyasını dəyişib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Ana Vela 116 yaşı tamam olandan 1,5 ay sonra Barselonadakı qocalar evində vəfat edib.

 

Məlumata görə, peşəcə dərzi olan Ana Vela 1901-ci ilin oktyabrında Andalusiya vilayətinin Puente-Xenil bələdiyyəsində doğulub. Onun səhhətində, demək olar, heç bir problem olmayıb.

 

A.Vela son illərdə İspaniyanın uzunömürlülük rəmzinə çevrilmişdi. Onun qızlarından birinin 90, nəvəsinin isə 65 yaşı var.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi