Modern.az

İlham Əliyevdən Ermənistana müharibə mesajı

İlham Əliyevdən Ermənistana müharibə mesajı

21 Noyabr 2009, 15:09
Ər beynəlxalq hüquq işləmirsə, biz də işimizi bilək”

Goranboyda məcburi köçkünlərləgörüşən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair aparılan danışıqlara növbəti dəfəmünasibət bildirib.

-Bu ədalətsizlik davam edə bilməz. Bu beynəlxalq hüququn normalarının pozulması nə vaxta qədər davam edəcək? Biz indi xoş niyyət göstəririk. Biz danışıqlarda iştirak etməklə güzəşt edirik - 15 il ərzində və daha da çox. 15 il sadəcə olaraq müharibə dayanıb. Bu yaxınlarda Bakıda məcburi köçkünlərlə görüşdə də demişəm ki, 1992-ci ildə Minsk qrupu yaradılıb. O da müsbət bir hal idi ki, beynəlxalq birlik bu məsələ ilə əlaqədar mövqeyini bildirdi, Minsk qrupu yaradıldı. Onun üçün ki, torpaqlarımız işğaldan azad edilsin. Bu məqsədlə yaradıldı. Ona görə yaradılmadı ki, əzəli torpağımız olan Dağlıq Qarabağda ikinci erməni dövləti yaradılsın.
Ondan
əvvəl və ondan sonrakı bütün qərarlarda Azərbaycanın mövqeyi, Azərbaycanın haqq işi öz təsdiqini tapmışdır. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Dünyada Təhlükəsizlik Şurasından üstün heç bir başqa qurum yoxdur. Budur, əgər onun qərarları icra olunmursa, deməli, ya Təhlükəsizlik Şurasının təsiri aşağı səviyyədədir, ya da ki, beynəlxalq hüquq normaları ümumiyyətlə işləmir. Belədirsə, onda hər kəs öz işini bilsin. Əgər beynəlxalq hüquq işləmirsə, biz də işimizi bilək. Biz heç bir qanun pozuntusu etməmişik. Biz hər şeyi qanun çərçivəsində, beynəlxalq hüquq normaları çərçivəsində etməyə çalışırıq. Ondan sonra ATƏT-in zirvə görüşləri olmuşdur, qərarlar qəbul edilmişdir, icra olunmur. Biz nə etməliyik? Gözləməliyik? Nə vaxta qədər? Niyə Azərbaycanın vətəndaşları öz doğma torpaqlarına qayıda bilməsinlər? Niyə kəlbəcərlilər Kəlbəcərə qayıda bilməsinlər? Nədir ki, ermənilər bunu istəmir. Nə üçün? Onların nə ixtiyarı var? Ona görə bilirsiniz, bu məsələlər artıq öz həllini çoxdan tapmalı idi, çoxdan. Sadəcə biz istəyirik ki, bunu danışıqlar yolu ilə, sülh yolu ilə edək. Amma digər tərəfdən bu vəziyyətlə də barışmaq düzgün deyildir. Nə vaxta qədər barışmalıyıq? Ona görə biz hələ çalışırıq ki, bu məsələni sülh yolu ilə həll edək.

 “B
əzən Ermənistan tərəfi vaxt uzatmaqla məşğul olur”

 

Bu yaxınlarda yenə Ermənistan prezidenti ilə görüşüm olacaqdır. Bu görüşlər bəzən uğurlu olur. Bəzən Ermənistan tərəfi vaxt uzatmaqla məşğul olur. Son görüşlər deyə bilərəm ki, heç bir nəticə vermədi. Çünki Ermənistan tərəfi tamamilə qeyri-konstruktiv mövqe nümayiş etdirirdi. Bunun səbəbi nədir? Ola bilər ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi onları bir qədər ruhlandırdı. Onlarda yanlış fikir oyatdı ki, Türkiyə-Ermənistan sərhədi açılacaq, Qarabağ məsələsi isə kənara qoyulacaqdır. Ancaq gedən proseslər onu göstərir ki, bu, baş verməyəcəkdir. Həm Azərbaycanın qətiyyətli mövqeyi, həm Türkiyə ictimaiyyətinin qətiyyətli mövqeyi, həm Türkiyə rəhbərlərinin verdikləri bəyanatlar və bizə verdikləri sözlər - bütün bunlar göstərir ki, Türkiyə-Ermənistan münasibətləri Dağlıq Qarabağ məsələsi həll olunmadan həll edilə bilməz. Ona görə Ermənistan tərəfi bunu dərk etməlidir.

“Bizə nəticə lazımdır”

İndi bax Az
ərbaycanın hər tərəfində, demək olar ki, hər həftə çox vacib bir hadisə baş verir. Bax dünən 300 milyon avro dəyərində 525 meqavat gücündə yeni, müasir elektrik stansiyası açılıb. Dünən Yevlax-Ucar avtomobil yolu istifadəyə verilib. O da böyük vəsait tələb edir. Bu həftənin əvvəlində Bakıda məcburi köçkünlər üçün böyük vəsait tələb edən doqquzmərtəbəli 6 ev təhvil verilib. Bu gün burada bu qəsəbə açılır. Yəni hər həftə, hər gün Azərbaycanda nə isə uğurlu bir hadisə və inkişaf baş verir.
Amma orada n
ə var? Heç nə. Yəni iqtisadiyyat, demək olar ki, iflic vəziyyətindədir. Ona görə, bax bu iqtisadi, siyasi, diplomatik uğurlarımız, hərbi potensialın gücləndirilməsi, Azərbaycanda ümumiyyətlə, vətəndaş birliyi, bütün bu amillər bizim mövqelərimizi gücləndirir. Düzdür, amma bizə nəticə lazımdır.

 “Öz pulumuzla, öz imkanlarımız hesabına silahlanırıq”

-Biz
ə lazımdır ki, onlar torpaqlarımızdan tezliklə öz xoşu ilə çıxsınlar. Onda sülh yaranar. Onda artıq heç kim deməyəcək ki, Azərbaycan niyə öz hərbi potensialını gücləndirir? Bəzən biz bəzi beynəlxalq dairələrdən eşidirik ki, Azərbaycan niyə silahlanır? Kimin nə işi var? Biz başqasının pulu ilə silahlanmırıq ki. Öz pulumuzla, öz imkanlarımız hesabına silahlanırıq. Bəs nə etməliyik? Bu məsələlər elədir ki, gərək biz ciddi fikirləşək və lazım olan addımları lazım olan vaxtda ataq.

İlk variantda 4 rayon

- Biz el
ə etməliyik ki, bu məsələ birdəfəlik və hərtərəfli həll olunsun. Çünki indi mən 6 ildir bu danışıqlar prosesində iştirak edirəm. Bu danışıqlar prosesində nədən başlamışıq və nəyə gəlmişik. İndi deyə bilərəm ki, Ermənistan tərəfinin razı olduğu ilk variant ondan ibarətdir ki, onlar qoşunlarını ancaq 4 rayondan çıxaracaqlar. O rayonlar ki, çayboyu, dəmir yolunun üstündə yerləşir. Ondan sonra qalan rayonlar da müəyyən olunmamış vaxtadək qalacaq onların təsiri altında, onların sərəncamında. Danışıqlar prosesində birinci mərhələrdə 5 rayon - ondan sonra 6-cı Kəlbəcər, sonra Laçın. Amma bu da hələ məsələnin tam həlli deyildir. Biz istəyirik ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağa, Şuşaya qayıtsınlar. Şuşa bizim tarixi şəhərimizdir. Əgər bu olmasa məsələ birdəfəlik həll oluna bilməz. Bir də elə etməliyik ki, əldə ediləcək razılaşmalar elə olsun ki, daha bundan sonra hansısa xoşagəlməz hadisənin başlanması üçün əsas olmasın. Əgər əldə olunacaq razılaşma bizi tam şəkildə qane etməsə, nə vaxtsa bu məsələ istər-istəməz yenidən qalxa, yenidən təhlükə yarana bilər. Mən Ermənistan tərəfinə həmişə deyirəm ki, siz elə edin ki, bu sazişdən biz razı olaq. Çünki biz razı olmasaq, bu gün də olmasa sabah, 10 ildən sonra bu məsələ yenə də qalxacaqdır.

“Ermənistan bu gün qorxu içində yaşayır”

 

- Kim harada yaşayıb orada da yaşasın. Biz öz torpağımızda yaşamışıq, o cümlədən Dağlıq Qarabağın ərazisində, Şuşada və başqa kəndlərdə. Biz oraya qayıtmalıyıq. Ermənilər, məsələn, Xankəndidə - baxmayaraq ki, oraya ancaq 19-cu əsrdə köçüblər - 100 ildən çox yaşayıblar, orada da yaşasınlar. Biz demirik ki, yaşamasınlar. Demirik ki, biz sizi buradan qovaq, etnik təmizləmə siyasəti aparaq, siz çıxın gedin. Demirik. Halbuki dünyanın gözü qarşısında bizə qarşı etnik təmizləmə aparılmışdır. Kim harada yaşayıb orada da yaşamalıdır, ora qayıtmalıdır və beləliklə, ondan sonra sülh yarana bilər. Başqa cür davamlı sülh ola bilməz. Ermənistan bu gün qorxu içində yaşayır. Onların bu qorxu içində yaşaması ona gətirib çıxarır ki, ölkə öz müstəqilliyini təmin edə bilmir. Çünki qorxur. Qorxanda kimdənsə nəsə yardım istəyəcək. Kim kimə müftə yardım verir? Heç kim. Yardım verir, amma əvəzində nəsə götürür. O, nəsə çox önəmlidir.
Düzdür, bizim torpaqlarımız işğal altındadır. Düzdür. Amma Az
ərbaycanın müstəqilliyi heç kimdə şübhə doğurmur. Biz öz taleyimizin sahibləriyik. Baxmayaraq ki, torpağımızın bir hissəsi hələ ki işğaldadır. Bəzi ölkələr var ki, torpaqları işğal altında deyildir, amma onların taleyi başqalarının əlindədir.

“Danışıqlar prosesində müsbət dəyişikliklər var”

 

Məsələnin həlli Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsidir. Bu məqsədə çatmaq üçün biz nə lazımdırsa onu edirik. Həm danışıqlar prosesində gedən işlər, həm iqtisadi imkanlarımızın gücləndirilməsi, ordu quruculuğunda aparılan işlər Azərbaycanı gücləndirir. Biz güclü olmasaq, Dağlıq Qarabağ məsələsini həll edə bilmərik. Çünki beynəlxalq müdaxilələr heç bir nəticə vermir. Əslində, bu müdaxilələr ancaq siyasi xarakter daşıyır. Bu həftənin əvvəlində mən qeyd etdim ki, bəzən başqa yerlərdə, başqa ölkələrdə işğalçı beynəlxalq qüvvələr tərəfindən dərhal yerinə oturdulur. Biz bu hadisələri tarixdən görmüşük. Ancaq Azərbaycan torpaqları işğal altına düşəndə beynəlxalq birlik bu qətiyyəti nümayiş etdirmədi. Ona görə, biz öz gücümüz 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir