Modern.az

Polşa: “Avropa İttifaqı yalnız şüarlarda qalıb”

Polşa: “Avropa İttifaqı yalnız şüarlarda qalıb”

1 İyul 2011, 12:45

Avropa İttifaqının sədrliyinə yenicə keçən Polşanın baş naziri Donald Tusk quruma daxil olan ölkələr arasında həmrəylik hissinin yalnız şüarlarda qaldığını etiraf edib. Modern.az bildirir ki, baş nazir bu barədə “Fayneşl Tayms” qəzetinə müsahibəsində deyib. 

Polşanın baş naziri bu məkana daxil olan siyasətçiləri “Avropa  həmrəyliyi” hissini formalaşdırmağa çağırıb. “Ən təhlükəli olan ideya çatışmamazlığı yox, etimad böhranıdır. Avropada artıq demək olar ki, heç kim avropalı kateqoriyaları ilə düşünmək istəmir. Avropanın birliyi barədə biz yalnız şüarlarla danışırıq. Kəskin mövqelər isə yalnız milli maraqlarımızı qoruyan zaman səslənir”-deyə Tusk qeyd edib.

“Bizim əsas vəzifəmiz Avropa İttifaqı ideyasının yaxşı kəşf olduğu barədə inamı bərpa etməkdir”-deyə Tusk vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub