Modern.az

Dünyada ilk ipək "Qurani-Kərim" kitabının Bakıda təqdimatı - Fotolar

Dünyada ilk ipək

Aktual

16 Dekabr 2017, 21:29

Bu gün"Azərkitab" Kitab Təbliğatı Mərkəzində "İpəkdə yaşayan izlər - 55" adlı sərgi çərçivəsində dünyada ilk ipək kitab "Qurani-Kərim"in təqdimatı olub. Modern.az

 

Azərtac-a istinadən  xəbər verir ki, üç il müddətində hazırlanan "Qurani-Kərim" kitabında surələr qara şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb.

 

Sərginin açılış mərasimində çıxış edən ilk ipək kitabın müəllifi, gənc rəssam Tünzalə Məmmədzadə bildirib ki, kitabın ölçüsü 29 x 33 santımetrdir. İpək kitabın hazırlanmasında 50 metr parçadan, üz qabığında isə dəri materialından istifadə olunub. Kitab 614 səhifədən ibarətdir.

 

Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev bildirib ki, Tünzalə Məmmədzadə ölkədə dekorativ tətbiqi sənətlə təsviri sənəti sintez edərək, şəffaf ipək üzərində rəsm əsərləri yaradan ilk rəssamdır. O, bu işin əsasını qoyaraq inkişaf etdirib, ölkəmizdə və xaricdə tanımaqla yanaşı, gənc rəssamlara da öyrədib.

 

Sərgidə həmçinin gənc rəssamlar Elmar Məmmədzadə və Türkan Məmmədzadənin şəffaf ipək üzərində işlənmiş rəsm əsəri və təkəlduz tabloları təqdim olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi