Modern.az

Əfqanıstanda 16 terrorçu məhv edildi

Əfqanıstanda 16 terrorçu məhv edildi

16 Dekabr 2017, 21:51

Əfqanıstanda antiterror əməliyyatları davam etdirilir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Kunar və Nanqahar əyalətlərində azı 16 "Taliban" və İŞİD terrorçusu məhv edilib.

Məlumata görə, 2 İŞİD üzvü NATO PUA-nın Nanqahar əyalətinə endirdiyi hava zərbəsi nəticəsində məhv edilib.

Nanqahar əyalətinin Hocani rayonunda keçirilən xüsusi əməliyyat zamanı 4 "Taliban" üzvü məhv edilib, 8-i isə yaralanıb.

Kunar əyalətinin Qazi Abad rayonunda terrorçuların hücumunun qarşısı alınarkən 10 "Taliban" terrorçusu məhv edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir