Modern.az

Dünyanın ən dik  funikulyoru istifadəyə veriləcək - İSVEÇRƏDƏ - FOTOLAR

Dünyanın ən dik  funikulyoru istifadəyə veriləcək - İSVEÇRƏDƏ - FOTOLAR

Dünya

17 Dekabr 2017, 12:38

İsveçrənin Schvyz rayonunda yerləşən Stoos kəndi yaxınlığında dünyanın ən dik xəttinə sahib funikulyor sistemi açılır. Funikulyar sistemi, modern mühəndislik işi olaraq mükəmməl qiymətləndirilir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dizaynı ilə “kosmosda səfər” sınağını xatırladan relsli funikulyor sistemi, 53 milyon dollara başa gəlib.

Stoos funikulyoru, 14 illik gərgin işin ardından bazar günü xalqın xidmətinə veriləcək.

Sərnişinlər 1738 metr yüksəklikdəki relsli körpü üzərindən 743 metr yüksəkliyə çıxa biləcək.

Stoos kəndinin dəniz səviyyəsindən 1300 metr yüksəklikdə olduğunu düşünsək, bu qatara minmək isveçrə xalqı və turistlər üçün maceralı bir sınaq olacaq.

Paytaxt Zürihin cənubundan 50 km uzaqlıqda yerləşən bu kəndin əhalisi 100 nəfərdən ibarətdir.

Ən sonuncu İveçrənin Bern şəhərindəki Gelmerbahn funikulyoru, ən dik funikulyor rels sistemi rekordunu qırmışdı.

En son İsviçre'nin Bern kentindeki Gelmerbahn feniküleri, en dik feniküler ray sistemi rekorunu kırmıştı.

Gelmerbahndakı funikulyorun mailliliyi 106 faizdir

1902-ci ildə açılan İngiltərənin East Cliff Lift funikulyoru isə 78 dərəcə maillilik dərəcəsinə sahibdir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır