Modern.az

Azərbaycan jurnalistlərinin müəllimi  Şirməmməd Hüseynov 93 yaşında

Azərbaycan jurnalistlərinin müəllimi  Şirməmməd Hüseynov 93 yaşında

Media

17 Dekabr 2017, 15:02

Azərbaycan mətbuatının ağsaqqalı, milli mətbuat tariximizin yorulmaz araşdırıcısı, Bakı Dövlət Universitetinin müəllimi, professor Şirməmməd Hüseynovun 93 yaşı tamam olub. 


Modern.az-ın məlumatına görə, Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-də Şəkidə anadan olub. Böyük ömür yolu keçən Şirməmməd müəllim Azərbaycan tarixinin ən önəmli olaylarının canlı şahidinə çevrilib.



Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin irsinin öyrənilməsində, təbliğində onun misilsiz xidməti var.


Mətbuat tariximizin qaranlıq səhifələrinə işıq salanların arasında Ş.Hüseynovun adı ön cərgədə çəkilir.



Modern.az kollektivi qocaman müəllimimizi ad günü münasibətilə təbrik edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır