Modern.az

Qazaxda avtoqəza: iki əcnəbi yaralandı

Qazaxda avtoqəza: iki əcnəbi yaralandı

Aktual

17 Dekabr 2017, 17:28

Bu gün Bakı-Qazax-Gürcüstan avtomagistralında minik avtomobili aşıb, 2 nəfər xəsarət alıb.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, hadisə yolun Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan "Opel" markalı minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 2 nəfər - Gürcüstan vətəndaşları 1967-ci il təvəllüdlü Daşdəmirov Həsən Aydın oğlu və 1975-ci il təvəllüdlü Səmədov Mədət İsa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıblar. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır