Modern.az

Saakaşvili: “Poroşenko ilə bir şərtlə görüşərəm...”

Saakaşvili: “Poroşenko ilə bir şərtlə görüşərəm...”

17 Dekabr 2017, 17:59

Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvili Ukrayna prezidenti Petro Poroşenko ilə yalnız onun istefası barədə danışmağa hazır olduğunu bəyan edib.

 

Modern.az-ın APA-ya  istinadən verdiyi məlumata görə, M. Saakaşvili bu gün Azadlıq (Maydan) meydanında keçirilən aksiyada P. Poroşenkoya barışıq təklif etmədiyini bir daha bildirib.

 

M. Saakaşvili səmimi insanları onun P. Poroşenko ilə razılaşması barədə xəbərlərə inanmamağa çağırıb: "Mən, canlı Saakaşvili sizin qarşınızdayam. Biz danışıqlara hazırıq, ancaq biz yalnız  onun istefası barədə danışa və razılaşa bilərik. Ukrayna xalqının ləyaqətinin bərpası üçün onun istefa barədə danışmağımız mümkündür". 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir