Modern.az

Bakıda qadını hamamda döydülər

Bakıda qadını hamamda döydülər

Aktual

17 Dekabr 2017, 20:16

Bakıda qadına qarşı xuliqanlıq hadisəsi baş verib. Modern.az lent.az-a istinadən xəbər verir ki, polisin 102 xidmətinə telefonla 1983-cü il təvəllüdlü Elvira Əkbərova (ad şərtidir) müraciət edib. Elvira Əkbərova bildirib ki, gecə saat 01:40 radələrində Babək prospektində yerləşən hamam kompleksində Arzu adlı şəxs onu xuliqanlıq zəminində döyüb.

 

Şikayətçi qadın həmin şəxsi əvvəlcədən tanıdığını əlavə edib. O, dava-dalaşın hansı səbbədən baş verdiyini deməsə də, polis bölməsinə gedərək yazılı formada şikayətini təsdiq edib.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi