Modern.az

Saakaşvili tərəfdarları ilə toqquşmada 30 polis yaralandı - Yenilənib, Video

Saakaşvili tərəfdarları ilə toqquşmada 30 polis yaralandı - Yenilənib, Video

17 Dekabr 2017, 23:12

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin tərəfdarlarının Kiyevin mərkəzindəki Oktyabr sarayına hücumu zamanı xəsarət alanların sayı açıqlanıb.  Modern.az "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, qarşıdurma zamanı 30 polis əməkdaşı xəsarət alıb.

 

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixail Saakaşvilinin tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayına hücum edərək binaya daxil olub. Milli Qvardiya əməkdaşları aksiyaçılara yanğınsöndürmə vasitələri ilə müdaxilə etmək istəsələr də, bu, nəticəsiz qalıb. 

 

20:32

 

Bu gün Mixeil Saakaşvili Poroşenko hökumətindən narazıları Kiyevdəki məşhur Maydana çağırıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, "İmpiçment marşı" adlandırılan və hədəfi Ukrayna hökumətinin istefası olan yürüş-mitinq Mixael Saakaşvilinin facebook səhifəsindən və “youtube” vasitəsi ilə canlı yayımlanıb.

 

Daha sonra Saakaşvili tərəfdarları parlamentin binasının qarşısına toplanıblar. Hökuməti istefaya səsləyən vətəndaşlarlarla polislər arasında da insident yaşanıb. Ardınca nümayişçilər Oktyabr sarayının qapısını qıraraq içəri giriblər. Beklə ki, Saakaşvilinin tərəfdarları Milli Qvardiyanın hərbçilərinin müqavimət göstərərək, Oktyabr sarayının giriş qapısını sındıraraq saraya daxil olublar.

Milli Qvardiya əməkdaşları aksiyaçılara yanğınsöndürmə vasitələri ilə müdaxilə etmək istəsələr də, bu, nəticəsiz qalıb.

 

Saakaşvili isə insanların heç bir zərər görməməsi üçün tərəfdarlarını Oktyabr sarayını tərk edərək onunla birlikdə meydana qayıtmağa səsləyib.

 

Hazırda aksiya iştirakçıları binanı tərk edərək "Azadlıq Meydanı"na doğru axın edir.

 

Hazırda da "İmpiçment marşı" adlandırılan yürüş davam edir.

 

Son məlumata görə hüquq-mühafizə orqanları ilə toqquşma nəticəsində bir neçə nəfər xəsarət alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı