Modern.az

Məktəblilərə siqaret satılır - Video

Məktəblilərə siqaret satılır - Video

17 Dekabr 2017, 22:21

Belində məktəbli çantası olan iki az yaşlı tütün məmulatları satılan köşkə yaxınlaşır. Satıcı ilə biraz söhbət etdikdən sonra bir neçə siqaret paketi arasından özlərinə birini seçirlər. Modern.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, görüntülər paytaxtın Xətai rayonu Vunqtau küçəsində lentə alınıb.

 

Görüntüləri vətəndaşlardan biri çəkib. Sözügedən köşkü axtarıb tapdıq. Satıcı isə videodakı görüntülərlə razılaşmır.

 

Müxtəlif bəhanələr gətirən satıcı hətta görüntülərdəki ünvanın başqa yer olduğuna inandırmağa çalışsa da, sonradan özü də görüntülərin orda çəkildiyini etiraf edib.

 

Satıcı özü də zərərli vərdiş olan siqaretin azyaşlılara satılmasını pisləsə də, videodakı şəxsin başqa satıcı olduğunu deyərək boynundan atmağa çalışdı. İddia etdiyi siqaret paketi ölçüsündə saqqıza isə onun köşkündə rastlamadıq.

 

İnzibati Xətalar Məcəlləsinə görə, yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və tütün məmulatlarının satılması qadağandır. Qaydalara əməl etməyənləri 100 manata qədər cərimə gözləyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!