Modern.az

“Yaşın nə fərqi var” deməyin – BİOLOJİ YAŞINIZI MÜƏYYƏNLƏŞDİRİN

“Yaşın nə fərqi var” deməyin – BİOLOJİ YAŞINIZI MÜƏYYƏNLƏŞDİRİN

17 Dekabr 2017, 22:53

İnsanın faktiki yaşı ilə bioloji yaşı arasında kifayət qədər fərq ola bilər. Əgər bir insanın illərə görə faktiki yaşı 40-dırsa, onun bioloji yaşının 60 olması da mümkündür. Yaxud əksinə, şəxsiyyət vəsiqəsində yaşı 50 olan birinin bioloji yaşı 30-dan da aşağı ola bilər.

 

Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.

 

Bioloji yaş insanın orqanizminin bioloji baxımdan fəaliyyətinin səviyyəsini müəyyənləşdirən yaşdır. Siz də öz bioloji yaşınızı müəyyənləşdirmək istəyirsinizsə, aşağıda təqdim olunan çox sadə bir üsuldan istifadə edə bilərsiniz.

 

Sakit vəziyyətdə 1 dəqiqədə nəbzinizin neçə dəfə vurduğunu ölçün. Sonra 30 dəfə oturub durun. Əgər sakit vəziyyətlə müqayisədə nəbz döyüntülərinin sayında fərq

10 olarsa, bioloji yaşınız 20,

10-20 arası olarsa 30,

20-30 olarsa 40,

30-40 arasında yüksələrsə 50,

Fərq 40-dan artıq olarsa bioloji yaşınız 60 yaşa uyğundur.

 

Sonra bədəninizin hərəkətliliyini yoxlayın. Bunun üçün ayaqlarınızı aralamadan düz vəziyyətdə dayanın. Dizlərinizi qatlamadan əlinizin içini yerə vurmağa çalışın. Əgər;

Ovcunuzu yerə vura bilirsinizsə bioloji yaşınız 20-30 arasındadır

Əl barmaqlarınızın ucu yerə toxunursa 40,

Əliniz dizdən aşağıya çatırsa 50,

Əlləriniz dizdən aşağı düşmürsə bioloji yaşınız 60-a bərabərdir.

 

Daha sonra dərinizin yaşını müəyyənləşdirin. Baş və şəhadət barmağınızla digər əlinizin iç hissəsini 5 saniyə möhkəm sıxın. Sıxdığınız nahiyə ağaracaq və formasını dəyişəcək. Əgər həmin yer əvvəlki vəziyyətinə

5 sanyədən sonra qayıdacaqsa bioloji yaş 30,

Bu müddət 8 saniyə olacaqsa 40,

10 saniyə davam edəcəksə 50,

Dərinizin əvvəlki vəziyyətə qayıtması 15 saniyədən artıq çəkəcəksə demək bioloji yaşınız 60-a bərabərdir.

 

Tənəffüs sisteminin bioloji yaşını müəyyən etmək üçün şamdan istifadə etməlisiniz. Şamı yandırın və onu birnəfəsə söndürün. Əgər şamı

1 metr məsafədən söndürə bilsəniz bioloji yaş 20,

80-90 sm-dən 30,

70-80 sm-dən 40,

60-70 sm-dən 50,

50-60 sm məsafədən söndürsəniz bioloji yaşınız 60-dır.

 

Bioloji yaşınızı müəyyənləşdirmək üçün bədəninizin ümumi balansının qiymətləndirilməsi də vacibdir. Bunun üçün gözlərinizi yumub bir ayağı üstə dayanmalısınız. Digər ayağınızı isə dizdən qatlayın. Əllərinizlə belə duruşu tənzimləyə bilərsiniz. Ancaq bir şərtlə ki, heç bir yerdən tutmayasınız. Əgər bir ayağı üstündə

30 saniyə dayana bilsəniz bioloji yaşınız 20-30,

20 saniyə dayansanız 40,

15 saniyə 50,

10 saniyədən az dayansanız bioloji yaşınız 60-dır.

 

Sonda ayrı-ayrılıqda əldə etdiyiniz 5 bioloji yaşı toplayıb 5-ə bölün. Alınan rəqəm sizin bioloji yaşınızdır. Əgər bioloji yaşınız faktiki yaşınızdan çoxdursa, mütləq həyat tərzinizi dəyişin. Əgər azdırsa, demək, həyat tərzinizi düzgün qurmusunuz və sağlamlığınızın qayğısına qalmağı bacarırsınız.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu