Modern.az

Azərbaycanlı  tələbə “Best model of World”un qalibi olub

Azərbaycanlı  tələbə “Best model of World”un qalibi olub

Aktual

17 Dekabr 2017, 23:30

Fransanın Paris şəhərində “Best model of World” yarışması keçirilib. Modern.az xəbər verir ki, 56 ölkədən nümayəndənin qatıldığı müsabiqədə Azərbaycanı UNEC-in IV kurs tələbəsi Elxan Hüseynzadə təmsil edib.

 

E.Hüseynzadə kişilər arasında qalib gələrək, “Best model of World” adını qazanıb.

 

Qadınlar arasında isə Albaniya təmsilçisi seçilib.

 

Qeyd edək ki, Elxan Hüseynzadə 1997-ci il iyulun 9-da Masallı rayonunda anadan olub. Orta təhsilini Bakı şəhərində 212 saylı məktəbdə alıb. 2014-cü ildə UNEC-in Biznes və Menecment fakültəsinə daxil olub. Hazırda menecment ixtisası üzrə təhsil alır.

 

Uşaqlıq dövründən idmanın üzgüçülük və basketbol növü ilə həvəskar məşğul olan Elxan sonralar modellik sənətinə daha çox maraq göstərib. Modellik sahəsi üzrə Türkiyədə ali təhsil alan Elxan 2015-ci ildən professional model kimi çıxış edir. Dəfələrlə Türkiyədə keçirilən moda dəfilələrinin, “Azərbaycan Fashion Week”in iştirakçısı olub.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi