Modern.az

Ucqar kənd müəllimləri şagirdlərinə hədiyyə qazandıra bilər

Ucqar kənd müəllimləri şagirdlərinə hədiyyə qazandıra bilər

Aktual

17 Dekabr 2017, 23:49

Yeni il ərəfəsində ölkənin ayrı-ayrı nöqtələrində çalışan ucqar kənd müəllimləri  öz şagirdlərinə hədiyyə qazandıra biləcəklər.

 

Modern.az xəbər verir ki,  ucqar kənd uşaqlarına yeni il hədiyyələri gətirilməsi üçün Fərhad Ələkbərovun təşkilatçılığı ilə www.baba.az saytı fəaliyyətə başlayıb. 

 

Şagirdlərin yaradıcılıq  məharəti-şeir, səhnəcik, idman və s. bacarıqlar- video şəklində çəkilərək, həmin saytdakı əlaqə ünvanlarına göndəriləcək. Ucqar kəndlərdə oxuyan şagirdlər əvəzində  Şaxta babadan hədiyyə istəyəcəklər. 

 

Ucqar kəndlərdə çalışan müəllimlər öz məktəblərində olan aztəminatlı ailələrdən olan uşaqların videosunu 24 dekabra qədər çəkib göndərməlidirlər.

 

 

E.Nihad

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı