18 iyul 2018, Çərşənbə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - “Məni tez xəstəxanaya aparın, ölürəm” - Nərimanovun sirli qətli
“Məni tez xəstəxanaya aparın, ölürəm” - Nərimanovun sirli qətli
18.12.2017, 00:46

Modern.az böyük dövlət xadimi Nəriman Nərimanovun ölümü barəsində kiçik yazını təqdim edir:

1925-ci ilin yazı... Doktor Nəriman Nərimanov  uzun müddətdir ki, gərginlik və əsəblə yüklənmiş bir ömür yaşayır. Yenə də vəzifədədir. Yenə də bütün Qafqaz müsəlmanları özlərinin Mərkəzdəki yeganə təmsilçisi kimi ondan nəsə gözləyirlər. Amma dövran daha o dövran deyil. Stalin özünün rus-gürcü-erməni əlaltıları ilə onu güclü nəzarətdə saxlayır, daşıdığı hökümsüz, formal vəzifəsində də nəsə etməsindən çəkinirlər. Özlərini bu işdə haqlı sayırlar. Çünki vaxtı ilə onlara görə, Rəsulzadə, Tağıyev, Xoyski kimi nəhənglərlə üz-üzə duran Nərimanov sonradan səhvini anladı və bəzi məsələlərdə Stalin əlaltılarına da mane oldu....

 

Amma indi çox şey dəyişib. Xoyski erməni gülləsinin güdazına gedib. Rəsulzadə ailəsinin və vətənin həsrəti ilə qürbətdə zülüm çəkir, Tağıyev isə... Doktor artıq gücünün tükəndiyini hiss edir. Elə bu məqamda son olaraq doğma torpağa baş çəkir; Qızılhacılı kəndində gedir. Vaxtı ilə işlədiyi, mübarizə meydanına qədəm qoyduğu yerə...

 

Məqsədi isə əslində insanlarla halallaşmaqdır.

 

 

Qızılhacılı kəndinin ədəbiyyat müəllimi Hüseyn Tanrıquliyev xatırlayırdı: “Nərimanov Qızılhacılıya bir də ömrünün son günlərində, 34 il ayrılıqdan sonra gəldi. SSRİ MİK sədrlərindən biri kimi Tiflisə gəldiyi zaman vaxtının məhdud olmasına baxmayaraq, Qızılhacılıya baş çəkməyi unutmadı. 1925-ci ilin martın 6-da Nəriman Hacılıya qonaq oldu. Böyüklü-kiçikli hamı onu qarşılamağa tələsirdi. Qonşu kəndlərdən tökülüb gələnlər də vardı. Nərimanov faytondan düşəndə onu dövrəyə aldıq. Bizimlə bir-bir görüşdü. O, əvvəlcə özünün üçsinifli məktəbinə baş çəkdi. Şagird və müəllimlərlə görüşdü. Məsləhətlər verdi. Keçmiş şagirdləri Məmməd İsa oğlu, Mehdi Nayib oğlu, Rəhim Atakişiyev... öz müəllimləri haqqında danışdılar. Nəriman xəstə idi. Aram-aram danışırdı. Birdən uzaqdan bir səs eşitdik:

- Bu bizim Nərimanın səsidir? Dönüb arxaya baxdıq. Gələn çiynində yapıncı, əlində çomaq qoca Rzaqulu kişi idi. Onun gözləri görmürdü. Nərimanov vaxtilə onun evində yaşamışdı.

 

Doktor üzünü bizə tutub dedi:

- Ay camaat, bu kişi olmasaydı, sizin bəylər məni öldürəcəkdilər. O məni xilas edib, gecə ikən köç yoluynan Tiflisə yola saldı.

 

Adəti üzrə yenə də Nəriman Rzaquluya qonaq oldu. Martın 7-də isə Nərimanov Tiflisdə yaradıcılığına həsr olunmuş yığıncağın sonunda söyləyirdi: “Mən sizə ancaq məsləhət vermək istəyirəm. Mənim ömrümə az qalıb”.

 

 

Elə sonuncu cümlədə bir ömürlük ağrını oxumaq mümkündür. Təcrübəli dövlət xadimi Kremlin bütün paxırlarına bələd idi. Bilirdi ki, bu paxır onun bədənində bir gün zəhərə çevriləcək. Elə onu öldürən acı zəhərə…

 

Stalinin buyruq qulları bu işə ləngitmədilər.  Bu işi Orconikidze həyata keçirməliydi. Doktoru məclisə dəvət edərək Azərbaycandan göndərilmiş yarpaq dolmasına qonaq edərək, zəhərləməli, ömrünə son qoymalıydı. Kobanın hazırladığı plan yerinə yetirlidi. Gözünü xəstəxanada açıb oğlu Nəcəflə, xanımı Gülsümü axtara-axtara söyləyirdi: - Məni Serqo zəhərlədi.

 

 

Araşdırmaçı Akif Aşırlı özünün “Nərimanovun Kremldə qətli” adlı dəyərli əsərində bu barədə ətraflı yazır:

“Kreml ambulatoriyasının xidmətçisi, Stalin “KQB”-sinin “plaş, xəncər” qiyafəli agenti Yuliya İvanovna Litvin MK-ya necə hesabat göndərəcəyinin detallarını ölçüb-biçərək, sakit bir tərzdə heç nə olmamış kimi davranırdı. Yuliya Kremlə bu məznunda məlumat göndərdi: “Mən, Kreml ambulatoriyasının xidmətçisi Yuliya İvanovna Litvin 1925-ci il martın 19-da, iş qurtarandan sonra, axşam saat 9-a 15 dəqiqə işləmiş, ya da 9-un yarısında Aleksandr bağının hasarı yanındakı səki ilə Trotskiyə darvazasından İnqilab meydanı tərəfə gedərkən, bir nəfərin hasara söykəndiyini və bərk öskürdüyünü gördüm, deyəsən halı pis idi. Kömək etmək üçün yaxınlaşanda əvvəllər ambulatoriyamızda bir neçə dəfə gördüyüm MİK sədri Nərimanov yoldaşı tanıdım. O da məni tanıyıb dedi: “Məni tez xəstəxanaya aparın, ölürəm”.

 

Təzədən soruşdum: “Evə getmək istəyirmi?”. O qəti tapşırdı ki, Kremlin xəstəxanasına aparaq. Yolda hey inildəyir, deyirdi ki, halı pisdir, biz xəstəxanaya çatanda keçindi”.

 

E. Nihad


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
ABŞ-da silahlı insident
18.07.2018, 01:03

ABŞ-da silahlı insident

Yarım milyon qızılgüldən piramida ucaldıldı
18.07.2018, 00:49

Yarım milyon qızılgüldən piramida ucaldıldı

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır - Video
18.07.2018, 00:36

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır - Video

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi məlum oldu
18.07.2018, 00:20

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi məlum oldu

Heydər Əliyev prospektində gənc oğlanı maşın vurdu
18.07.2018, 00:04

Heydər Əliyev prospektində gənc oğlanı maşın vurdu

ABŞ Dünya Ticarət Təşkilatından icazə gözləyir
17.07.2018, 23:48

ABŞ Dünya Ticarət Təşkilatından icazə gözləyir

İran nüvə proqramını davam etdirəcək, əgər ...
17.07.2018, 23:26

İran nüvə proqramını davam etdirəcək, əgər ...

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
17.07.2018, 23:12

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Bakıda zəncirvari qəza - VİDEO
17.07.2018, 22:56

Bakıda zəncirvari qəza - VİDEO

Dənizdə batan 2 nəfər xilas edilib
17.07.2018, 22:41

Dənizdə batan 2 nəfər xilas edilib

İtaliya prezidenti Azərbaycana gəlib - FOTOLAR
17.07.2018, 22:23

İtaliya prezidenti Azərbaycana gəlib - FOTOLAR

Ukrayna dairəsində təmir başa çatır
17.07.2018, 22:11

Ukrayna dairəsində təmir başa çatır

“Qarabağ”a  sürpriz etməyi düşünmürəm” – Rəqib baş məşqçi
17.07.2018, 21:54

“Qarabağ”a  sürpriz etməyi düşünmürəm” – Rəqib baş məşqçi

BMT: Bir milyarddan çox insan risk altındadır
17.07.2018, 21:40

BMT: Bir milyarddan çox insan risk altındadır

Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib
17.07.2018, 21:26

Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib

Xoşqədəm Hidayətqızının tapdığı  uşağı “tok” vurub öldürdü
17.07.2018, 21:26

Xoşqədəm Hidayətqızının tapdığı  uşağı “tok” vurub öldürdü

105 dövlət əmlakı özəlləşdirilir
17.07.2018, 21:19

105 dövlət əmlakı özəlləşdirilir

Qırğızıstanı 4,7 ballıq zəlzələ silkələdi
17.07.2018, 21:04

Qırğızıstanı 4,7 ballıq zəlzələ silkələdi

Pakistanlı turistlər Qəbələdə qəzaya düşdülər
17.07.2018, 20:55

Pakistanlı turistlər Qəbələdə qəzaya düşdülər

İŞİD-çilər kütləvi şəkildə  güllələndi
17.07.2018, 20:41

İŞİD-çilər kütləvi şəkildə  güllələndi

Sabah Bakınınbu rayonunda qaz olmayacaq
17.07.2018, 20:28

Sabah Bakınınbu rayonunda qaz olmayacaq

“Öz oyunumu həll etməmiş rəqib haqqında düşünmürəm” - Qurban Qurbanov
17.07.2018, 20:14

“Öz oyunumu həll etməmiş rəqib haqqında düşünmürəm” - Qurban Qurbanov

Bu il Azərbaycanda 6 min yeni ev tikilib
17.07.2018, 20:01

Bu il Azərbaycanda 6 min yeni ev tikilib

Sumqayıtda yanğın olub
17.07.2018, 19:29

Sumqayıtda yanğın olub

Azərbaycan və Hindistan Hökumətlərarası Komissiyasının tərkibi dəyişdirilib
17.07.2018, 19:21

Azərbaycan və Hindistan Hökumətlərarası Komissiyasının tərkibi dəyişdirilib

Oğuzda avtomobil çaya düşdü
17.07.2018, 18:59

Oğuzda avtomobil çaya düşdü

Rüsum ödəmədən alkoqollu içki və siqaret gətirənlərin NƏZƏRİNƏ: Miqdarı AZALDILDI
17.07.2018, 18:55

Rüsum ödəmədən alkoqollu içki və siqaret gətirənlərin NƏZƏRİNƏ: Miqdarı AZALDILDI

İlham Əliyev Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb
17.07.2018, 18:47

İlham Əliyev Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası haqqında sərəncam imzalayıb

Prezidentdən Azərbaycan dilinin elektron məkanda geniş istifadəsi ilə bağlı SƏRƏNCAM
17.07.2018, 18:40

Prezidentdən Azərbaycan dilinin elektron məkanda geniş istifadəsi ilə bağlı SƏRƏNCAM

Dənizdə batan iki gəncin meyiti tapıldı - YENİLƏNİB
17.07.2018, 18:32

Dənizdə batan iki gəncin meyiti tapıldı - YENİLƏNİB

Qəbələdə yol tikintisinə 6,8 milyon manat ayrılıb
17.07.2018, 18:29

Qəbələdə yol tikintisinə 6,8 milyon manat ayrılıb

Prezident “Yanar dağ”a görə 1,2 milyon manat ayırdı
17.07.2018, 18:20

Prezident “Yanar dağ”a görə 1,2 milyon manat ayırdı

Rezidenturaya qəbul yerləri artırılacaq - Nazirlər Kabinetinə müraciət edildi
17.07.2018, 17:52

Rezidenturaya qəbul yerləri artırılacaq - Nazirlər Kabinetinə müraciət edildi

Bakıda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti tədbiri keçirilib
17.07.2018, 17:40

Bakıda Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti tədbiri keçirilib

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
17.07.2018, 17:16

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

ARXİV