Modern.az

“Peşəni peşəkarlardan öyrənək”...

“Peşəni peşəkarlardan öyrənək”...

18 Dekabr 2017, 11:04

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi və təlimlərin təşkili sahəsində ixtisaslaşmış “Business Management School” MMC-nin tərəfdaşlığı ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən “Peşəni peşəkarlardan öyrənək- gənclər üçün İnsan Resurslarının İdarəedilməsi təlimi” layihəsi çərçivəsində “İnsan Resurslarının İdarəedilməsi” adlı təlim kursuna start verilib.

 

3 moduldan ibarət təlim kursunun təşkilində prioritet məqsədlər insan resursları sahəsində gənc mütəxəssislərin hazırlanmasına, müvafiq sahə barədə gənclərimizin bilik və bacarıqlarının inkişaf etdirilməsinə, gənclərimizin insan resurslarının idarəedilməsi sahəsində təlim ehtiyaclarının ödəniməsinə dəstək verilməsi, peşəkar HR-ların  praktik təcrübələrinin gənclərə öyrədilməsi, gənclərin gələcəkdə məşğulluq probleminin olmamasına töfhə verilməsi və əmək qanunvericiliyinin gənclərə peşəkar təqdimatıdır.

 

16 dekabrda "Atəşgah" SŞ-də layihələr üzrə HR koordinatoru, insan resursları sahəsində təcrübəli  mütəxəssis və peşəkar təlmçi Şamo Mürşüdovun təqdimatında  “İşə qəbul və seçim mərhələri” moduluyla start götürən təlimdə 60-ya yaxın gənc iştirak edib. Təlim müasir texniki vasitələr  və  innovativ metodlarla həyata keçirilmiş, təlim iştirakçıları təlim materiallarını özündə əks etdirən kitablarla təmin edilib.

 

Ceyhun Abbasovun rəhbərliyi ilə həyata keçirilən layihə ”İşçilərin motivasiya sistemi” və “Əmək Məcəlləsi, işçi və işəgötürənin hüquqları” təlim modullarıyla davam etdiriləcək.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi