Modern.az

Bu il 600-ə yaxın əcnəbi Azərbaycan vətəndaşlığına qəbul edilib

Bu il 600-ə yaxın əcnəbi Azərbaycan vətəndaşlığına qəbul edilib

Aktual

18 Dekabr 2017, 11:33

"Bu gün Azərbaycan bütün miqrantların hüquqlarının qorunması istiqamətində lazımi tədbirləri görür.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev Beynəlxalq Miqrant Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

 

Onun sözlərinə görə bu ilin 11 ayı ərzində Azərbaycana gələn əcnəbilərin 38 minindən çoxuna müvəqqəti yaşama icazəsi, təqribən 3 mininə isə daimi yaşayış icazəsi verilib.

 

P. Musayev bildirib ki, bu il 573 əcnəbi Azərbaycan vətəndaşlığına qəbul edilib.

 

"Qeyd olunan müddət ərzində 10 min nəfərdən artıq əcnəbinin könüllü olaraq öz ölkəsinə qayıtması təmin edilib. Müraciət edən 8 xarici vətəndaşa isə qaçqın statusu verilib"-deyə o söyləyib.

 

Nəzrin CAVİD

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır