Modern.az

Qadını vurub qaçan sürücü saxlanıldı  

Qadını vurub qaçan sürücü saxlanıldı   

18 Dekabr 2017, 13:31

Dekabrın 15-də saat 16 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini  Mehriban Ələkbərova vurulub.

 

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yol-nəqliyyat hadisəsinin avtobusla törədilməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə “İsizu” markalı xətt avtobusunu idarə edərkən hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Aqşin Kərimov saxlanılaraq istintaqa təhvil verilib.

 

Araşdırma aparılır.  

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi