Modern.az

Nağdsız ödənişlər üçün POS-terminallar quraşdırılıb  

Nağdsız ödənişlər üçün POS-terminallar quraşdırılıb  

Aktual

18 Dekabr 2017, 13:45

Azərbaycan Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Mərkəzi Bank ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi prirotiteti üzrə tədbirləri davam etdirir.

Bu barədə Mərkəzi Bankın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Belə ki, Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən bankların və xidmət mərkəzlərinin birgə fəaliyyəti nəticəsində “ASAN xidmət” mərkəzlərində ödəniş kartları ilə Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalı” (HÖP) üzərindən təqdim olunan xidmətlərə görə nağdsız ödənişlərin aparılması üçün POS-terminallar quraşdırılaraq vətəndaşların istifadəsinə təqdim edilib.

Aparılan əməliyyatların effektivliyinin artırılması məqsədilə Mərkəzi Bank tərəfindən yaradılmış Banklararası Kart Mərkəzi üzərindən keçən əməliyyatlar üzrə interçeync xidmət haqqı sıfır AZN həcmində təyin edilməsi banklarla razılaşdırılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır