Modern.az

Şou-biznes nümayəndələrindən kimlər xeyriyyəçilik edir? - ADLAR  

Şou-biznes nümayəndələrindən kimlər xeyriyyəçilik edir? - ADLAR   

18 Dekabr 2017, 14:02

Köməyə ehtiyacı olana yardım etmək,  kimsəsizlərə əl tutmaq insanlıq üçün savab sayılır. Dünyanın əksər ölkələrində xeyriyyəçilik ənənəsi məşhurlar arasında geniş yayılıb. Müğənnilər, futbolçular və digər tanınmış şəxslər gəlirlərinin bir hissəsini xeyriyyə işlərinə xərcləyirlər.

Xeyriyyəçilik, əhalisinin əksər hissəsi müsəlman olan bir dövlətdə isə xüsusilə vacibdir. Necə deyərlər, əl tutmaq Əlidən qalıb. Azərbaycanda məşhurlar xarici ulduzlar kimi çox qazanmasalar da, gəlirləri heç də az deyil. Bəs xeyriyyəçiliklə məşğul olan azərbaycanlı məşhurlar kimlərdir?


Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq sığınacağının direktoru
Vasif Akifli Modern.az-a xeyriyyə məqsədilə köməklik göstərən məşhurların adlarını açıqlayıb:


“Səbinə Selcan, vaxtilə “İncə maraqlar” verilişinin aparıcı olmuş Elnarə Təhməzova, Ceyhun – “Qala” qrupu, Könül Kərimova, Faytonçu Nazim, Röya Ayxan, Ədalət Şükürov dəstək olan məşhurlar siyahısındadır. Ən çox yardım edən isə modelyer Fəxriyə Xələfovadır”.


Vasif Akifli deyir ki, məşhurların bəziləri efir xətrinə xeyriyyə işi ilə məşğul olduğnu deyir, amma gerçəklikdə belə deyil:

“Sosial verlişlərin birində uşaqlarla bağlı məsələ var idi. Həmin uşaq anası tərəfindən atılmışdı. Məni zəng edib çağırdılar. Getdim gördüm bir xanım müğənni artıq gəlib efirdə oturub deyir ki, ona kömək edəcək. Sonra isə yoxa çıxdı. Efir xətrinə guya xeyriyəçiymişlər kimi məndən mobil nömrəmi alıb sığınacağa gəlmək üçün gün təyin etməyimi xahiş edənlər, sonra heç məni axtarmır”.


Azərbaycanda fəaliyyət göstərən bəzi özəl xeyriyyə qurumları məşhur insanlardan yardım almayıb.

“İnayə” Xeyriyyə İctimai Birliyindən verilən məlumata görə, onlar məşhurlara müraciət etməyiblər və heç bir məşhur birliyə maddi yardım göstərməyib.

“Məryəm” Xeyriyyə Tədris Mərkəzinə də məşhurlardan hər hansı birinin köməkliyi dəyməyib.

Gənclərin “Xeyriyyə” Klubuna da belə bir dəstək olunmayıb.


Təşkilatçı Xədicə Mahir
xeyriyyə konsertləri üçün müğənnilərə müraciət etdiklərini və hamısının bu məsələyə birmənalı yanaşmadığını qeyd edib.


“Prometey, Qurd, Elvin Mirzəzadə, Saqqız Emil, “Gilavar” qrupu, Fərid Həsənzadə, Cin, Mardan Kazımov, Hacı Nazim və Çinarə Məlikzadə daim dəstək olan şou-biznes nümayəndələridir”.


Xədicə Mahirin sözlərinə görə, keçən il aprel ayının əvvəllərində xeyriyyə konserti təşkil edilib.


“Bu konsert üçün müğənnilərə ehtiyac var idi. Bu günə qədər özümə qarşı belə bir hörmətsizlik görməmişdim. Nura Suriyə zəng etdim. “Alo” dedi. Özü olduğunu artıq səsindən başa düşdüm. Xeyriyyə konserti sözünü eşidən kimi, telefonu üzümə bağladı”.


Vasif Akifli isə Nura Surinin bütün tədbir və sərgilərində iştirak etdiyini vurğulayıb.

“Hər dəfə sərgilərdə öz cibindən nələrsə alır. Foto və videolarda da görə bilərsiniz. Hər zaman təşəkkür etmişəm, yenə də edirəm”.

Qeyd edək ki, Vasif Akifli tez-tez efirlərdə olan və tanınan simadır. Xədicə Mahir isə xeyriyyə konsertlərinin təşkil olunmasında fəallıq göstərən gənclərdəndir.


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı