Modern.az

Dünyanın ən ucqar qəsəbəsi  - FOTOLAR

Dünyanın ən ucqar qəsəbəsi  - FOTOLAR

Aktual

18 Dekabr 2017, 14:35

Peruda dəniz səviyyəsindən 5100 metr yüksəklikdə yerləşən ən ucqar yaşayış yeri La Rinkonadada insanlar qızıl mədənində işləyərək həyatlarına davam edirlər.

 

 

Modern.az xəbər verir ki, 50 minə yaxın olan əhalisi olan şəhərin böyük bir qismi Perunun səhra hissəsindən gələn insanlardan ibarətdir.

 

 

 

 

 

 

 

La Rinkonada, Perunun Puno bölgəsində yerləşən bir şəhərdir. Bura dünyanın ən çətin yeridir.

 

Şəhər, And dağlarında yer almaqla dünyanın ən ucqar yaşayış məntəqəsidir.

 

Burada orta illik temperatur  1-2 dərəcə və illik yağış ortalaması isə 707 mm olur.

 

 

Kiçik mədən qəsəbəsi, dünyanın ən hündür və tənha yeri olaraq qəbul edilir.

 

Donmuş bir buz təbəqəsinin üzərində yerləşən La Rinkonadaya yalnız yük maşınları ilə getmək mümkün olur.

 

 

Mədən şirkətlərinin sahibi olan Peru Dövləti mədənçiləri “açhorreo” adı verilən bir sistemlə məşğul olurlar.

 

Bu sistemdə, mədənçilər 30 gün mədən sahibi üçün pulsuz işləyir, qalan bir gündə isə özləri üçün çalışırlar.

 

Bu bir günlük müddətdə qızıl tapmadıqları təqdirdə mədənçilər bir ay ərzində pulsuz çalışmış olurlar.

 

Şəhər əhalisinin böyük əksəriyyətini kişilər təşkil edir. Lakin analar da uşaqlarına baxa bilmək üçün gündə 12 saat mədəndə çalışırlar.

 

Şəhər o qədər yüksəkdə və təcrid olunub ki, su və kanalizasiya ən böyük problemdir. Kanalizasiya və zibillik olmayan şəhərdə kirlilik təhlükəli səviyyədədir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!