Modern.az

Rusiya Yaxın Şərqdə güclənəcək, ABŞ qıcıqlanacaq - HESABAT

Rusiya Yaxın Şərqdə güclənəcək, ABŞ qıcıqlanacaq - HESABAT

18 Dekabr 2017, 15:14

Rusiya Xarici İşlər Nazirliyinin analitik mərkəzi sayılan Beynəlxalq İşlər üzrə Rusiya Şurası 2018-ci ildə Kreml və Ağ Ev arasında formalaşacaq münasibətlər haqqında geniş hesabat yayımlayıb.  

Modern.az xəbər verir ki, hesabatda ABŞ-ın Rusiyaya qarşı sanksiyaları fonunda Suriya münaqişəsi barədə mülahizələr yer alıb.

 

Hesabata əsasən, 2018-ci ildə ABŞ Suriya məsələsində Rusiyaya qatşı sanksiyaları reallaşdıracaq və rəsmi Dəməşqə hərbi yardım edən bütün şəxslər və şirkətlərə qarşı sərt tədbirlər görəcək. Moskva isə əvəzində Suriyanın müharibə sonrası sosial-iqtisadi bərpasına çalışacaq.

 

İllik hesabatda Rusiya ilə ABŞ arasında Suriya münaqişəsində əməkdaşlığın mümkünsüz olduğu ehtimal edilir.

“Bu əməkdaşlığa mane olan səbəblərdən biri də 2018-ci ildə ABŞ-ın Rusiya ilə bağlı yeni sanksiya proqramının işə düşəcəyidir. Söhbət ilk növbədə  H.R. 3364 nömrəli qanundan gedir. ABŞ Konqresinə iyul ayında təqdim olunmuş və avqusutun 2-də Tramp tərəfindən imzalanmış yeni qanun Şimali Koreya, İran və Suriya hakimiyyətinin kütləvi qırğın silahı yaratmasına yardım edən ölkələrə şamil edilib. Qanunda Rusiyaya qarşı Ukrayna ilə bağlı sanksiyalar paketi yer aldığı kimi, Əsəd rejiminə dəstəkdən dolayı bu ölkəyə əlavə sanksiyaların da tətbiqi gözlənilir.

ABŞ Maliyyə Nazirliyi və Dövlət Deparatamenti “qara siyahı”ya düşəcək şirkətlərin siyahısını hazırlayacaq”.

 

Beynəlxalq İşlər üzrə Rusiya Şurasına görə, rəsmi Moskva 2018-ci ildə beynəlxalq aləmdə, xüsusən Yaxın Şərqdə öz təsir dairəsini genişləndirəcək. Belə ki, Suriyanın müharibə sonrası bərpası və İranla ənənəvi dosltuq münasibətləri ilə yanaşı, rəsmi Moskva Misir, Səudiyyə Ərəbistanı və İraqla da bir sıra müqavilələr imzalayacaq. Bu isə  ABŞ-ı bu qıcıqlandıracaq amil olacaq.

 

Hesabat Suriya sülh danışıqlarının ciddi təhlükə alıtnda olduğunu və bunun yalnız Rusiya ilə ABŞ arasındakı zidiyyətlərə bağlı olmadığını, Suriya ilə qonşu ölkələr arasında narazılıqla bağlı olduğunu yazır. Beyin mərkəzinin ekspertləri hərbi toqquşmalara mane olmağın və regional müharibənin qarşısını almağın əsas prioritet olduğu deyirlər.

 

Digər tərəfdən, qeyd edilir ki, Şərq və Qərbdəki yeni müharibə ocaqları, Ukrayna münaqişəsi Moskva üçün əsas başağırına çevrilib. Minsk razılaşmaları çərçivəsində regiona sülhməramlıların yerləşdirilməsi də bu problemi həll etməyə yetməyə bilər.

“2018-ci ildə böhranlı ssenarilərin sayı xeyli arta bilər. Beynəlxalq münasibətlərdəki qeyri-müəyyənlik Moskva üçün yeni qapılar açır, eyni zamanda yeni risklər gətirir”-deyə hesabatda deyilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!