Modern.az

Mətbuat Şurası “qara siyahı”dakı KİV-lərin ümumi sayını açıqladı

Mətbuat Şurası “qara siyahı”dakı KİV-lərin ümumi sayını açıqladı

Media

18 Dekabr 2017, 15:18

Mətbuat Şurası “qara siyahı”ya daxil etdiyi nəşrləri  “Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları”nı mütəmadi pozmaqda, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm verməməməkdə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşmaqda, səhifələrində insanların şərəf və ləyaqətini aşağılamaqda günahlandırır. Bu istiqamətdə mütəmadi olaraq iclaslar keçirilir və siyahı yenilənir.

Mətbuat Şurasının “qara siyahı”sındakı son vəziyyət necədir?


Bununla bağlı  Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Modern.az-a danışıb.


“Əlbəttə, bu il də Mətbuat Şurası kifayət qədər  aktiv şəkildə işləyib. Həm Şikayətlər üzrə Komissiya, həm də Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyası işlərini davam etdiriblər. Hər ay onların toplantısı keçirilib və xeyli müraciətlərə, şikayətlərə baxılıb. Müraciətlərin bir qismi yerindəcə həll olunub və barışıq əldə edilib, yaxud media qurumları verilən rəyləri nəzərə alıb.

Bəziləri isə Mətbuat Şurasının rəyləri ilə hesablaşmayıblar, öz neqativ əməllərini davam etdiriblər. Onların adı Mətbuat Şurasının “qara siyahı”sına daxil edilib. Bu baxımdan 2017-ci ildə də xeyli KİV qurumunun adı həmin siyahıya əlavə olunub”.


M.Ələsgərli qeyd edib ki, 2017-ci ildə adları “qara siyahı”dan çıxarılan KİV nümunələri yoxdur:


“Hazırda “Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları”nı mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqlarına, səhifələrində insanların şərəf və ləyaqətini aşağıladıqlarına görə  91  nəşrin adı  “qara siyahı”da qalır. 2017-ci ildə 9 KİV-in adı “qara siyahı”ya daxil edilib. Bunlardan yalnız biri qəzetdir, qalanları saytdır. (“Obyektiv.org” saytı, “Korrupsiyaya yox” qəzeti, “Aztoday.az” saytı, “Dövrün nəbzi” (dovrunnebzi.com) informasiya portalı, “Dünyapress.com” saytı, “Nia.az” saytı, “Reallıq.info” saytı, “Qanunxəbər” İnformasiya Agentliyi (“Qanunxeber.az” saytı) və “Xalqınsesi.com” saytı)”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir