Modern.az

Turizm Şurasının altıncı iclası keçirilib

Turizm Şurasının altıncı iclası keçirilib

18 Dekabr 2017, 18:05

Dekabrın 18-də Azərbaycan Turizm Şurasının altıncı iclası keçirilib.

 

Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iclası açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verib.

Nazir qeyd edib ki, bundan öncə şuranın keçirdiyi beş toplantıda 110 qərar qəbul edilib. Şuranın ötən dövrdəki fəaliyyətinin artıq öz bəhrəsini verdiyini söyləyib.

 

Ə.Qarayev turizmin milli iqtisadiyyatın inkişafı üzrə Strateji Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdıraraq bildirib ki, ötən illər ərzində turizm sənayesinin inkişafı istiqamətində bir çox işlər görülüb.

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”də qurumun qarşısında qoyulan məsələlərdən söz açan nazir bildirib ki, Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda bu sahədə mövcud vəziyyətin təhlil edilməsi, problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsidir.

 

Qeyd olunub ki, ötən müddət ərzində aşağı büdcəli reyslərin açılması istiqamətində işlər həyata keçirilib. Yay turizmi mövsümündə bir sıra ölkələrin aviaşirkətləri tərəfindən Azərbaycana aşağı büdcəli uçuşlar təşkil olunub. Bildirilib ki, bu istiqamətdə atılan addımlar davam etdiriləcək.

Milli Turizm Təbliğat Bürosunun işindən danışan nazir bildirib ki, qısa zamanda yaradılmasına baxmayaraq Büro uğurla fəaliyyət göstərir. Ötən müddət ərzində Büro tərəfindən turizmin təbliği istiqamətində mühüm layihələrə imza atılıb.

 

Sonra Şura üzvlərinin turizmin inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələr, gələcək fəaliyyətin təşkili, nəzərdə tutulmuş layihələr barədə fikirləri səslənib. Daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlər üçün cəlbediciliyin daha da artırılması, turizm infrastrukturunun və turist marşrutlarının təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir