Modern.az

Elmar Məmmədyarov Avropa Parlamentinin deputatı ilə görüşüb

Elmar Məmmədyarov Avropa Parlamentinin deputatı ilə görüşüb

18 Dekabr 2017, 18:32

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin deputatı, Avropada mühafizəkarlar və islahatçılar Alyansının prezidenti Yan Zahradili qəbul edib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin inkişaf perspektivləri, Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı Sammitinin nəticələri, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, Avropa Parlamenti ilə əlaqələr mövzusunda müzakirələr aparılıb.

 

E.Məmmədyarov Azərbaycanla Aİ arasında strateji tərəfdaşlığa dair saziş üzrə aparılan danışıqlar prosesi barəsində danışaraq, bu sənədin ikitərəfli əlaqələrin hərtərəfli inkişafı üçün mühüm zəmin yaradacağına əminliyini ifadə edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldıb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər