Modern.az

ABŞ Qüdslə bağlı qanuna veto qoydu

ABŞ Qüdslə bağlı qanuna veto qoydu

18 Dekabr 2017, 22:03

Vaşinqton Qüds ilə bağlı təklif olunan qanun layihəsinə veto qoydu.  Modern.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli danışıb.

 

Heylinin bu açıqlamasından sonra qanun layihəsinin BMT Təhlükəsizlik Şurasından BMT Baş Assambleyasına göndəriləcəyi müəyyən olub.

 

"Qüdsün statusunu və demoqrafik quruluşunu dəyişdirən hər hansı bir qərar və ya hərəkətin hüquqi gücü yoxdur. Ləğv edilməlidir", - Heyli söyləyib.

 

Qeyd edək ki, Fələstin rəhbərliyi tərəfindən hazırlanan və Misir tərəfindən BMT TŞ-ya göndərilən qanun layihəsi Qüdsün statusunu özündə əks etdirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!