Modern.az

ABŞ-da sərnişin qatarı qəzaya uğradı: 6 ölü,  77 yaralı, Yenilənib

ABŞ-da sərnişin qatarı qəzaya uğradı: 6 ölü,  77 yaralı, Yenilənib

18 Dekabr 2017, 23:34

ABŞ-da sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı açıqlanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər həyatını itirib. Xəstəxanalara yerləşdirilən yaralılar arasında vəziyyəti ağır olanlar olduğundan ölü sayının artacağı istisna olunmur.

Qeyd edək ki, qəza zamanı qatarda  78 sərnişin və 5 ekipaj üzvü olub. 

 

22:18

 

ABŞ-ın Vaşinqton ştatında sürətli sərnişin qatarı relsdən çıxaraq aşıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qatar Sietl - Portlend marşrutu ilə hərəkət edirmiş.

 

İlkin məlumata əsasən, qəza zamanı vaqonlardan biri körpüdən avtomobil yoluna aşıb. Qəza nəticəsində azı 77 nəfər xəsarət alıb.

 

Hadisə nəticəsində ölənlərin olduğu bildirilsə də, onların sayı barədə hələ ki, məlumat verilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir