Modern.az

Bakıda oteldə yanğın

Bakıda oteldə yanğın

Aktual

18 Dekabr 2017, 22:51

Bakıda oteldə yanğın hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda, Zahid Xəlilov küçəsindəki "Lake" otelinin havalandırma sistemində qeydə alınıb.

 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Sisteminin 2 yanğınsöndürmə texnikası cəlb edilib. Yanğının qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır