19 iyul 2018, Cümə axşamı
Ana Səhifə - ÖLKƏ - Eks-nazirlərin aqibətini yaşamaq istəmirsinizsə, oğurladıqlarınızı qaytarın - Oliqarxların çöküşü
Eks-nazirlərin aqibətini yaşamaq istəmirsinizsə, oğurladıqlarınızı qaytarın - Oliqarxların çöküşü
19.12.2017, 08:51

 

2017-ci il Azərbaycan siyasətində bir sıra gözlənilməz və səs-küylü hadisələrlə yadda qaldı. Söhbət təbii ki, ilk növbədə bəzi oliqarx nazirlərin tifağının dağılmasından gedir. İllərdir tutduqları postlardan sui-istifadə edərək, 7 arxadönəninə qədər hamıya varidat yığan həmin nazirlər istəməsələr də, adlarına “patentləşdirdikləri” kreslonu tərk etməli oldular.

2015-ci ildə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla başlayan “təmizləmə” hələlik vergilər naziri Fazil Məmmədovla yekunlaşıb. Hələlik deyirik, çünki məmur islahatının 2018-ci ildə də davam edəcəyi istisna edilmir.


Ölkənin təhlükəsizliyinə birbaşa cavabdeh qurumun rəhbərliyini üstlənən Eldar Mahmudovun ev dustağı olmasından sonra, illərdir nəqliyyat sahəsində kök salmış oliqarx Ziya Məmmədov bu ilin fevralında təmsil etdiyi nazirliyin ləğv edilərək yeni tərkibdə təşkil edilməsilə həzin sonluğuna acizanə surətdə baş əyməli oldu.

Payız son akkordlarını vergilər naziri Fazil Məmmədov üçün “vurdu”. Xəstəlikdənmi, ya vəzifədən sui-istifadədənmi, bir sözlə ya zəlzələdən, ya vəlvələdən o da sabiqlər sırasına qoşuldu...

Heç kimə sirr deyil ki, Eldar Mahmudov, Ziya Məmmədov, Fazil Məmmədov həddindən artıq varlanmış oliqarx-nazirlər idi. Rus ədəbiyyatşünası Eduard Servusun dediyi kimi: “Pulların səpildiyi yerdə təmizliyə riayət etmək çox çətindir”. Başlarından pul səpələnən oliqarxlar da qeyri-rəsmi, dolayı, qanunsuz yollarla milyonlarla vəsait əldə etmişdilər. Təmizliyə riayət etmək isə mümkünsüz idi. Hətta onların taladıqları sərvətin səsi ofşorlardan belə gəlirdi. İndi isə zaman yediklərini bir-bir qaytarmaq zamanıdır.

 

Bir vaxtlar ölkədə ümumi gəlirlər bəyannaməsi sisteminə keçid prosesi çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlak və gəlirlərin leqallaşdırılmasından ağızdolusu danışan F.Məmmədov indi hesabat verir. Nəinki F.Məmmədov, “qədər dostları” Z.Məmmədov və E.Mahmudov da dövlətin büdcəsindən sildikləri bütün vəsaiti geri ödəməyə vadar edilir.

Eyni zamanda bu, dövlət büdcəsindən oğurluq edən digər məmurlara da ciddi xəbərdarlıq kimi qəbul edilməlidir. Oğurladıqlarınızı geri qaytarmasanız Fazil Məmmədov, Ziya Məmmədov, Eldar Mahmudovun taleyini yaşayacaqsınız. Bu, qaçılmazdır.  

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a deyib ki, dövlətin, xalqın pulunu, haqqını mənimsəmiş bütün korrupsionerlər son qəpiyinə qədər geri qaytarmalıdır:

“Onlar etdiklərinə layiqli məsuliyyət daşımalıdırlar. Bir hüquqşünas kimi bütün bu proseslərin hamısının hüquqi müstəvidə həyata keçirilməsinin tərəfdarıyam. Bir yazı oxudum. Yazırlar ki,  “Fələsin uşaqları israilliləri daşlayırlar, maşınları, insanları əzirlər”. Fələstin uşaqları haqlıdır, amma etdikləri qanunsuzluqdur. Ona görə də hər bir insan qanunla məsuliyyət daşımalıdır. Postundan uzaqlaşdırılmış eks-nazirlərin fəaliyyətləri zamanı nöqsanlara yol verdiklərinə dair şübhələr varsa, araşdırılmalı, sübut edilərək cəza kəsilməli və həmin vəsait qanunla geri qaytarılmalıdır”.

Deputat yüksək postlar tutmuş eks-nazirlərin işlərində nöqsanlara yol verdiklərini istisna etməyib:

“Rusiya prezidenti Vladimir Putin ənənəvi mətbuat konfransında belə bir açıqlama verdi. O belə dedi: “Federal Təhlükəsizlik Xidmətinin rəhbərini yanıma çağırıb material verdim, araşdırılmasını istədim. 6 ay əvvəl həmin xidmətin bütün əməkdaşlarını həbsə almışıq. 6 ay keçəndən sonra da korrupsiya ilə məşğul olurlar”.

Putinin bu açıqlamasından sitat gətirməkdə məqsədim var. Azərbaycan postsovet dövrünün ölkəsi olduğu üçün bizdə də oxşar hallar yaşanır. Biz ilk növbədə korrupsiya və rüşvəti yaradan şəraiti aradan qaldırmalıyıq. Yoxsa insanların bir postdan digər posta dəyişdirilməsi heç nəyi həll edə bilməz. Əlbəttə, şəxsi faktor da böyük rol oynayır. İnsan ədalətli, vicdanlı olmalıdır. İkincisi, təbii olaraq, insanlar topladığı pulları qorumağa çalışacaqlar. Həmin pulların qanuni, yaxud qanunsuz olmağı onları az maraqlandırır. Öz vəsaitini himayə etməklə təhlükəsizliklərini təmin etməyə çalışırlar. Düşünürəm ki, bu, anlaşılandır. Söhbət yenə də ona gəlir ki, hər şey hüquqi müstəvidə həll olunmalıdır”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Bizi bu qədər düşündürən rəqib olmamışdı” - Qurban Qurbanov
19.07.2018, 00:58

“Bizi bu qədər düşündürən rəqib olmamışdı” - Qurban Qurbanov

“İtaliya Azərbaycanın qətiyyətli və sadiq tərəfdaşı olmağa davam edəcək” - Sercio Mattarella
19.07.2018, 00:51

“İtaliya Azərbaycanın qətiyyətli və sadiq tərəfdaşı olmağa davam edəcək” - Sercio Mattarella

Fədayə Laçının səhhəti pisləşdi
19.07.2018, 00:37

Fədayə Laçının səhhəti pisləşdi

İlham Əliyev: “İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yerdədir”
19.07.2018, 00:25

İlham Əliyev: “İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yerdədir”

Xalq artisti elmi ad aldı - FOTO
19.07.2018, 00:06

Xalq artisti elmi ad aldı - FOTO

“Bizi çətin oyununun gözlədiyini bilirik” - Baş məşqçi
18.07.2018, 23:48

“Bizi çətin oyununun gözlədiyini bilirik” - Baş məşqçi

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
18.07.2018, 23:34

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Şimali Kipr sahillərində 19 miqrant batdı
18.07.2018, 23:27

Şimali Kipr sahillərində 19 miqrant batdı

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb
18.07.2018, 23:14

Allahşükür Paşazadə İtaliya prezidenti ilə görüşüb

“Qarabağ” II təsnifat mərhələsində  – Yenilənib
18.07.2018, 22:56

“Qarabağ” II təsnifat mərhələsində  – Yenilənib

Rusiya dünya çempionatından 11 milyard dollar qazandı
18.07.2018, 22:40

Rusiya dünya çempionatından 11 milyard dollar qazandı

Dənizdə 4 nəfər batmaqdan xilas edilib
18.07.2018, 22:27

Dənizdə 4 nəfər batmaqdan xilas edilib

Kılıçdaroğlunun köməkçisi istefaya getdi
18.07.2018, 22:12

Kılıçdaroğlunun köməkçisi istefaya getdi

İtaliyalı nazir “Dostluq” ordeni ilə təltif olunub
18.07.2018, 22:01

İtaliyalı nazir “Dostluq” ordeni ilə təltif olunub

İtaliya prezidenti “Heydər Əliyev”, qızı isə “Şöhrət” ordeni aldı
18.07.2018, 21:36

İtaliya prezidenti “Heydər Əliyev”, qızı isə “Şöhrət” ordeni aldı

Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi
18.07.2018, 21:19

Macarıstan BMT-nin miqrasiya razılaşmasından imtina etdi

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq
18.07.2018, 21:07

Azərbaycan hərbçiləri NATO təlimlərinə qatılacaq

20 ildə 796 923  partlamamış hərbi sursat zərərsizləşdirilib
18.07.2018, 20:50

20 ildə 796 923  partlamamış hərbi sursat zərərsizləşdirilib

İtaliya ilə enerji sahəsində əməkdaşlıq müzakirə olunub
18.07.2018, 20:39

İtaliya ilə enerji sahəsində əməkdaşlıq müzakirə olunub

Şəhərin 90 faizi azad edildi
18.07.2018, 20:29

Şəhərin 90 faizi azad edildi

UNEC-in gənc startapçıları yay düşərgəsində - FOTO
18.07.2018, 20:14

UNEC-in gənc startapçıları yay düşərgəsində - FOTO

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov
18.07.2018, 20:02

“Torpaqlarımız işğaldan azad edildikdə ANAMA-nın üzərinə böyük iş düşəcək” – Fuad Ələsgərov

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin
18.07.2018, 19:58

Şimali Kipr sahillərində gəmi-bərə batdı-16 ölü, 30 itkin

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü
18.07.2018, 19:48

Zakir Həsənov ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşdü

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb
18.07.2018, 19:38

Bu il Azərbaycanda 16 dini icma dövlət qeydiyyatına alınıb

“Barselona”nın futbolçusu məscid tikdirəcək
18.07.2018, 19:27

“Barselona”nın futbolçusu məscid tikdirəcək

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib
18.07.2018, 19:16

Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib

“Avroviziya”ya ilkin razılıq verən ölkələr müəyyənləşdi
18.07.2018, 19:06

“Avroviziya”ya ilkin razılıq verən ölkələr müəyyənləşdi

Trampın istəyi: Daha bir ölkə hərbi xərclərini artırır
18.07.2018, 19:00

Trampın istəyi: Daha bir ölkə hərbi xərclərini artırır

Aleksis Sançes ABŞ-a buraxılmadı
18.07.2018, 18:49

Aleksis Sançes ABŞ-a buraxılmadı

Xəzərdə 58 yaşlı kişi boğulub
18.07.2018, 18:42

Xəzərdə 58 yaşlı kişi boğulub

ANAMA 20 il ərzində 53 min ha ərazini minalardan təmizləyib
18.07.2018, 18:30

ANAMA 20 il ərzində 53 min ha ərazini minalardan təmizləyib

İlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"
18.07.2018, 18:20

İlham Əliyev: "Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir"

Məmmədyarov italiyalı həmkarı ilə görüşüb          
18.07.2018, 18:10

Məmmədyarov italiyalı həmkarı ilə görüşüb      

“Asan nömrə”lərin aylıq ödənişi niyə artırıldı? - Azercell AYDINLIQ GƏTİRDİ
18.07.2018, 18:01

“Asan nömrə”lərin aylıq ödənişi niyə artırıldı? - Azercell AYDINLIQ GƏTİRDİ

ARXİV