Modern.az

Bağlanmış bankların əmlakı satışa çıxarılır - SİYAHI

Bağlanmış bankların əmlakı satışa çıxarılır - SİYAHI

19 Dekabr 2017, 10:11

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansındakı əmlakı satışa çıxarır.

Əmanətlərin Sığortalanması Fondunun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ləğv prosesində olan bir sıra bankların balansındakı daşınan və daşınmaz əmlak hərrac yolu ilə satılacaq.


Belə ki, ləğv prosesində olan QSC “Standard Bank” KB-nin balansında olan 1 (bir) ədəd “Daewoo Nexia”, 6 (altı) ədəd “Mitsubishi Lancer”, 6 (altı) ədəd “Toyota Corolla”, 1 (bir) ədəd “Toyota Avalon”, 3 (üc) ədəd “Hyundai Accent” markalı minik avtomobilləri, 1(bir) ədəd “Fiat Doblo Cargo” və 1 (bir) ədəd “Mersedes-815” yük avtomobilləri, 2 (iki) ədəd bankomat və 1 (bir) ədəd embosser satışa çıxarılır.


Ləğv prosesində olan “Atrabank” ASC-nin balansında olan 1 (bir) ədəd “Ford Focus”, 1 (bir) ədəd “Mitsubishi Pajero” markalı minik avtomobilləri və 2 (iki) ədəd embosser hərraca çıxarılır.

Bundan başqa, ləğv prosesində olan “Kredobank” ASC-nin balansında olan qeyri-yaşayiş sahəsi və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansında olan bag evi satışa çıxarılır.

Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında (Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. Ünvanda) 16.01.2018-ci il tarixində saat 11:00 da keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi