22 aprel 2018, Bazar
Ana Səhifə - REPORTAJ - Atalar və övladlar - Öz ölümünü yuxuda görən şairin qəribə taleyi - LAYİHƏ
Atalar və övladlar - Öz ölümünü yuxuda görən şairin qəribə taleyi - LAYİHƏ +
19.12.2017, 15:28

Modern.az saytının “Atalar və övladlar” layihəsində tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simaların övladları onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə...

Həmçinin, məşhur övladlar da dünyasını dəyişən ataları barəsində danışır, onların portretini gözümüz önündə canlandırır.

Bu dəfə dünyadan erkən köçən mərhum şair Eldar Nəsibli Sibirelin oğlu Alı Nəsibli atası ilə bağlı xatirələrini danışacaq:

 

Ədəbi təxəllüsün tarixçəsi

 

-Əvvəlcə “Sibirel” təxəllüsündən başlayaq. Atam niyə “Sibirel”dən istifadə edirdi? O, 1952-ci ildə Sibirin Baxçar rayonunun Çernişovka kəndində anadan olub. Çünki valideynləri 1948-ci ildə Sibirin Tomsk vilayətinə sürgün edilmişdi. 4 ildən sonra isə atam dünyaya göz açıb. Dünyaya salam dediyi Sibir torpağının şərəfinə sonradan ədəbi təxəllüsünü “Sibirel”   götürüb. Bütün uşaqlıq xatirələri soyuq Sibirlə bağlıdır.  Baxmayaraq ki, orada o  qədər də çox yaşamamışdı, amma uşaqlığının keçdiyi şaxtalı Sibiri, qarlı yerləri unudulmaz bir xatirə kimi hər zaman bizə danışardı. Sibir ömrünün son gününə qədər Sibirelin ruhunda idi...

 

Buzlu cəhənnəmdə yaşam  mübarizəsi

- Elə buna görə də atamla bağlı ilk xatirələri Sibirdən başlamaq istəyirəm. Atamın “Yaddaş” poeması  var; Sibirdə keçirdiyi uşaqlıq illəri, ora ilə bağlı xatirələrindən bəhs edir. Atamın valideynləri Sibirə sürgün olunandan bir neçə il sonra o, dünyaya göz açır. Qarlı Sibir, cənubdan gələn isti iqlimin insanları və yeni anadan olan uşaq…Təbii ki, bu zaman onlar çox çətinlik çəkirlər. Amma bir xilaskar tapılır. Atamın valideynlərinə Sibirdə İvolkin adlı bir nəfər çox böyük köməklik göstərir.

İvolkinin ferması olub. Hə, bir də onu da deyim ki,  baba-nənəm bəy nəslindən olduqları üçün Sibirə sürgün edilmişdilər. Babam bəy oğlu idi, amma orada artıq yaşamaq uğrunda mübarizə aparmaq, körpə övladı –yəni, atamı qorumaq lazım idi. Odur ki, bəy oğlu babam  İvolkinin fermasında çobanlıq edir.

Xeyirxah İvolkin

-İvolkin  çox doğru-düzgün adam olub. Atamgilə hər işdə yardım edib. Onların sığınacaq salmasında, maddi təminatında əlindən gələni əsirgəməyib.

İvolkin özü də Sibirə sürgün olunan ukraynalı idi. Amma sonradan bacarığı ilə orada da öz yaşayışını təmin edib. Hətta bəraət alandan sonra da oraları tərk etməyib. Təkcə özünün yox, Sibirə sürgün olunan başqa insanların da ayaqda qalması üçün nə lazımdısa edib. Atamgil sonradan öz doğma yurdlarına-Qazaxa geri dönüblər. Amma İvolkin görün, necə doğru insan olub ki, baba və nənəmin məvacibini Qazaxa da yollayıb. Atam hər zaman ondan ağızolusu danışardı.


Buzlu yaddaş

-Sibir… Sibir… Oranı nahaq yerə buzlu cəhənnəm adlandırmayıblar ki! Amma nə qədər də qəribə olsa, atamın ən acılı-şirinli xatirələri elə ora ilə bağlı olub. Danışardı ki, bir dəfə sürgün olunan qadınlardan biri  özünün südəmər körpəsini yedirərkən, çağa əlindən  çaya düşür. Onların da yanında nəzarətçilər olarmış. Nəzarətçilərdən biri avtomatın süngüsü ilə buzu sındırıb uşağı soyuq sudan çıxarır. Bu cür dəhşətli səhnələr atamın gözləri  qarşısında çox olub.

Bir faktı da deyim ki, atamın babalarından biri  Şərif Şikəstə də Sibirə sürgün edilənlərdən olub. O, repressiya vaxtında yazdığı əsərlərini yandırıb. Odur ki, indiki dövrə demək olar ki, heç bir yazısı qalmayıb. Şərif Şikəstə dahi dramaturq Hüseyn Cavidlə eyni düşərgədə sürgündə olub. Səməd Vurğun da şeirlərinin birində onun adını çəkib…

Atam həmişə oradakı şaxtadan, bəmbəyaz qardan ağızdolusu danışardı. Onları sanki indi görürmüş kimi təsəvvür edirdi. Uşaqlıq yaddaşında ən çox asılıb qalan həmin şaxta, ayaz və bəmbəyaz qar idi.

 Söz yollarında

-Mütaliəyə, elm öyrənməyə hər zaman üstünlük verərdi. İlk şeiri də 1968-ci ildə “Ədəbiyyat qəzeti”ndə çıxıb. Ümumiyyətlə, o, 9 yaşından şeirlər yazmağa başlayıb. İlk şeirinin necə çap olunduğunu tez-tez danışardı. Hər dəfə də o zaman keçirdiyi  həyəcanını bir daha yaşayardı.  

Böyük şair Osman Sarıvəllidən tez-tez söhbət açardı. Çünki atam çox zaman onun yanında olardı. Osman Sarıvəlli artıq yaşlaşmışdı. Amma atam hər işində şairə kömək edirdi. Əlyazmalarını səhmanlayardı, çatışmayanları bir araya gətirərdi. Şeirin, sözün sirlərini də Osman Sarıvəllidən öyrəndi.

Təcrid

-Eldar Nəsib Sibirel Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən şair olub. Söz nəhəngləri - Bəxtiyar Vahabzadə, Osman Sarıvəlli, İsmayıl Şıxli onun  haqqında böyük sözlər deyib.  Bu da mənimçün bir övlad olaraq çox fəxredicidir.

Bir zamanlar atamın şeir kitabları yeddi, beş,  aşağısı dörd min tirajla çap edilirdi. Sonra elə oldu ki, zamanın çərxi dəyişdi; Qarabağ hadisələri, bir çox ağrı-acılar  yaşandı.  Atam bundan sonra ədəbiyyatdan, sözdən soyudu, ya necə oldusa,  sanki hər şeydən uzaqlaşdı. Televiziyada az göründü, radiolarda az eşidildi.


Sibirdən səngərə

-Ən çox sevdiyi işlərdən biri  səngərlərə getmək, əsgərlərin yanında olmaq idi. Müharibə gedən zaman ön cəbhəyə səfərlər edərdi. Daha sonra gəlib öz təəssüratlarını şeirə, sözə çevirərdi. Bizə də hər zaman yurd, vətən sevgisini aşılayardı. Baxmayaraq ki,  dünyaya uzaq Sibirdə göz açmışdı. Qarlı Sibir, şaxtalı yerlərdə ayaq açıb yerimişdi. Oranın ovqatı ruhuna hopmuşdu. Amma yenə də Vətənə sevgisi yüksək səviyyədə idi.

 

Biz övladlarına çox böyük diqqət ayırardı. O zamanlar yükək tirajla çıxardı. Sonra yuxarıda dediyim kimi uzaqlaşdı. Daha sonra da uzunmüddətli xəstəlik yaşadı. Ondan sonra da poeziyadan  bir xeyli aralandı. Sanki hər şeydən küsmüşdü. Doğrudur, artıq müstəqil olmuşduq. Hər şey qaydasına düşmüşdü. Amma yenə də uzun sürən xəstəlik onu çox sıxırdı.

Fələk hesablamaları…


-Amma atam xəstəlikdən yox, avtomobil qəzasından dünyasını dəyişdi. Son günlər özünü çox narahat hiss edirdi. Gecələr yuxudan durur, gərginlik keçirirdi. Günlərin bir günü də “Azərbaycan” nəşriyyatına gedir. Dostları çörək yeyirlərmiş. Onu da dəvət edirlər. Deyib ki, “yox, mən gedirəm, ola bilər ki, daha qayıtmayam”. Elə oturub yemək yeyənlərdən birinə - Sərvaz Əsgərə deyib ki, “mənim haqqımda son yazını sən yazarsan”. O da etiraz edib ki, Eldar müəllim, bu nə deməkdi, filan. Atam cavabında qəribə yuxu gördüyünü və  avtomobil qəzasına düşdüyünü deyir. Əlavə edir ki,  ola bilsin ki, daha qayıtmadı. Çünki özü öz ölümümü görmüşdü. Onlar da ürək-dirək verirlər ki, əşi, yuxudu da,  ürəyinə salma. Yuxular tərsinə yozular, ömrün uzanar. Deyib ki, yox. Yenidən Sərvaz Əsgərdən  xahiş edib k, haqqında son yazını o, yazar.

Elə həmin günün səhəri də rayona yola düşdü. Sonrası da belə… Bir də  xəbər aldıq ki, avtomobil qəzasında dünyasını dəyişib.
 

Şeilərində də ölümü ilə bağlı misralar çoxdu. Elə bil ki, qabaqcadan hiss edirmiş, duyurmuş. Məsələn 1999-cu ildə yazdığı şeirində  belə bir bənd var:

Neylim, mən bu qədər təzadı neylim?

Yolum - yol ha deyil, qəzadı neylim?

Ömür-tale verən cəzadı neylim?

Çəkirəm, boynumda günah var hələ.

 

Söz qardaşları

 

-Atamın ədəbi mühitdə yaxın dostları çox olub. Rəşad Məcidlə yaxın dostluq münasibətləri olub, bir yerdə çalışıblar. Aqil Abbas, Ramiz Qusarçaylı, Barat Vüsal, Ayaz Arabaçı və s… Atamın yaxın dostları çox olub. İndi də sağ olsunlar, hərdən rastlaşanda, haradasa görüşəndə  diqqətlərini bizdən əsirgəmirlər.  

Atam dünyasını dəyişəndən sonra televiziya proqramlarının birində Tahir Talıblı yaxşı bir ifadə işlətdi: “Eldar Nəsibli Sibirel Azərbaycan poeziyasında haqqı olan,  həm də haqqına çatmamış adamdı”.
Bu deyim üzərində sonralar çox fikirləşdim. Görürəm ki, həqiqətən çox hikmətli sözdür. Atam o zamanlar gənc nəslin ən öndəgedən şairlərindən biri idi. Ancaq heç zaman da aqibətindən, qazandığı mövqedən gileyli olmayıb. Mən bir övlad kimi bunu hiss etməmişəm. Həmişə də deyirdi ki, yazdıqları xalq, millət və övladları  üçündür.

İndi tələbələr universitetə bal sistemi ilə qəbul olunurlar. Atamgilin vaxtında belə deyildi. O, öz dövrünün qəbul şərtlərinə əsasən, ən yüksək göstərici ilə universitetə qəbul olunmuşdu. Təsəvvür elə, indi üçün 700 bal nə deməkdirsə, atam da öz dövrünün qaydalarına görə bu göstəricini qazanmışdı.

Torpağın çağırışı


-Ailədə elə göründüyü kimiydi. Biz övladlarına çox bağlı idi. Sakit, mülayim xasiyyəti var olsa da,  bəzən, nəsə yaşananda bir baxışı bizə  bəs edərdi. Ailədə iki qardaşıq. Nəsə səhv edəndə uşağı döymək, cəzalandırmaq anlayışlarını qəbul etməzdi. Ailəsi, övladlarına qarşı çox istiqanlı idi.

Atamı gördüyüm son gün, onunla bağlı son xatirə  yadımdadır: Mən kiçik övladam. Toyumdan cəmi 9 gün sonra atam avtomolbil qəzasında dünyasını dəyişdi. Elə əvvəl də  rayona getmək istəyirdi. Amma toydan sonra daha qəti  dedi ki, gərək rayona gedə. Biz etiraz etdik. Oktyabr ayı idi.  Havalar da yağıntılı, soyuq... Dedik ki, havalar düzələndən sora gedərsən. Amma fikrindən dönmədi. Həmin baxışları indi də yadımdadır. Elə hey deyirdi ki, gedəcək. El misalı var, sanki torpaq adamı çəkir… Getdi və…

 
Onu da deyim ki…

-Qarşıdan Osman Sarıvəllinin yubileyi gəlir. Qazax Rayon İcra Hakmiyyətinin başçısı Rəcəb Babaşov Osman Sarıvəlli və atamın məzarını ziyarət etdi. Məzar daşına heç cür yaxşı demək olmaz. Amma onun sayəsində  ilə həm Osman babanın, həm də atamın qəbri səhmanlandı.

Mayın 18-də atamın 65 illik yubileyi keçirildi. Rəcəb Babaşov və deputat Kamran Nəbizadə tərəfindən atamın xatirəsinə diqqət yetirildi; yubiley münasibətilə atamın seçilmiş əsərləri çap edildi.

Litvada yaşayan dostu  Mahir Həmzəyev bu yaxınlarda atam haqqında bir yazı yazdı. Yazı  “525-ci qəzet”də çap olundu. Atamı çox istəyən insanlardan biri də elə Mahir Həmzəyevdir.

“525-ci qəzet” dedim, yadımda düşdü; qəzetin baş redaktoru Rəşad Məcidlə atam yaxın dost olublar. Bir dəfə Moskvada restoranların birində olanda xanım ifaçılar  “Cücələrim” mahnısını oxuyublar. Rəşad Məcid deyirdi ki, atan bunu eşidəndə çox sevindi. Qərib ölkə, Azərbaycan dilində olan mahnı… Sonra bu hadisəyə şeir də yazdı. Deməli, atam uzaq Sibirdə də, Moskvada da olsa, hər zaman Azərbaycanı axtarırmış…

 

E.Nihad


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qaradağda palçıq vulkanı püskürüb - FOTO
22.04.2018, 12:23

Qaradağda palçıq vulkanı püskürüb - FOTO

Sabirabadda 26 yaşlı gənc bıçaqlanıb
22.04.2018, 12:19

Sabirabadda 26 yaşlı gənc bıçaqlanıb

Polis Paşinyanı saxladı - Ermənistanda polislə aksiyaçılar arasında TOQQUŞMALAR
22.04.2018, 12:05

Polis Paşinyanı saxladı - Ermənistanda polislə aksiyaçılar arasında TOQQUŞMALAR

“Novruz Məmmədov ən əsası milli adamdır”
22.04.2018, 11:54

“Novruz Məmmədov ən əsası milli adamdır”

Nazirlik: Ermənistanın kriminal rejimi yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır
22.04.2018, 11:30

Nazirlik: Ermənistanın kriminal rejimi yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır

Sarkisyan və Paşinyanın görüşü nəticəsiz YEKUNLAŞDI
22.04.2018, 10:55

Sarkisyan və Paşinyanın görüşü nəticəsiz YEKUNLAŞDI

İki nəfər dənizdə batıb - SUMQAYITDA
22.04.2018, 10:36

İki nəfər dənizdə batıb - SUMQAYITDA

Binəli Yıldırım Novruz Məmmədovu təbrik etdi
22.04.2018, 10:32

Binəli Yıldırım Novruz Məmmədovu təbrik etdi

Sarkisyan istefa şərtlərini AÇIQLADI
22.04.2018, 10:02

Sarkisyan istefa şərtlərini AÇIQLADI

Oğuz silkələndi
22.04.2018, 09:53

Oğuz silkələndi

Bakı Şəhər İcra Hakimiyyətində QADIN RƏHBƏR   
22.04.2018, 09:48

Bakı Şəhər İcra Hakimiyyətində QADIN RƏHBƏR  

Abituriyentlər bu gün imtahan verir
22.04.2018, 09:47

Abituriyentlər bu gün imtahan verir

Ermənilər atəşkəsi 97 dəfə pozub
22.04.2018, 09:45

Ermənilər atəşkəsi 97 dəfə pozub

Vətəni ailədən öndə tutan QƏHRƏMAN - Kişilik NÜMUNƏSİ
22.04.2018, 09:09

Vətəni ailədən öndə tutan QƏHRƏMAN - Kişilik NÜMUNƏSİ

Səudiyyə Ərəbistanında partlayış və atışma - kral təxliyyə edildi
22.04.2018, 00:01

Səudiyyə Ərəbistanında partlayış və atışma - kral təxliyyə edildi

Siyahı YSK-ya təqdim olundu – İYİ Partiya seçkilərə qatılır
21.04.2018, 23:46

Siyahı YSK-ya təqdim olundu – İYİ Partiya seçkilərə qatılır

Yeni təyin edilən nazirlər hansı tanınmışların övladıdır?
21.04.2018, 23:20

Yeni təyin edilən nazirlər hansı tanınmışların övladıdır?

Həmyerlimizlə xal itirən şahmat "hökmdarı" mətbuat konfransına gəlmədi
21.04.2018, 22:48

Həmyerlimizlə xal itirən şahmat "hökmdarı" mətbuat konfransına gəlmədi

Qarlı dərəyə düşmüş avtomobildəki 6 nəfər xilas edilib
21.04.2018, 22:43

Qarlı dərəyə düşmüş avtomobildəki 6 nəfər xilas edilib

Vəzifəsiz qalan Abid Şərifov danışdı:
21.04.2018, 22:10

Vəzifəsiz qalan Abid Şərifov danışdı: "Sədaqətlə xidmət edəcəm"

Bakı-Moskva reysi ilə uçan təyyarə məcburi eniş etdi
21.04.2018, 21:58

Bakı-Moskva reysi ilə uçan təyyarə məcburi eniş etdi

Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb
21.04.2018, 21:50

Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb

Yeni Baş nazirin hökuməti - Təyinat olan və olmayan bütün VƏZİFƏLƏR
21.04.2018, 21:41

Yeni Baş nazirin hökuməti - Təyinat olan və olmayan bütün VƏZİFƏLƏR

Moskvada güclü qasırğa -  2  ölü, 17  yaralı
21.04.2018, 21:23

Moskvada güclü qasırğa -  2  ölü, 17  yaralı

Şimali Koreya bu gündən bütün nüvə sınaqlarını dayandırır
21.04.2018, 21:17

Şimali Koreya bu gündən bütün nüvə sınaqlarını dayandırır

Xərçəngin diaqnostikası üçün xüsusi mikroskopu hazırlandı
21.04.2018, 21:03

Xərçəngin diaqnostikası üçün xüsusi mikroskopu hazırlandı

Deputatların sayı azaldı - SƏBƏBLƏR
21.04.2018, 20:42

Deputatların sayı azaldı - SƏBƏBLƏR

Gənc nazirin uğurlu karyera yolu - DOSYE 
21.04.2018, 20:31

Gənc nazirin uğurlu karyera yolu - DOSYE 

Yeni nazirin 38 yaşı var - Bioqrafiya
21.04.2018, 20:18

Yeni nazirin 38 yaşı var - Bioqrafiya

Dmitri Medvedev yeni Baş nazir Novruz Məmmədovu təbrik etdi
21.04.2018, 20:07

Dmitri Medvedev yeni Baş nazir Novruz Məmmədovu təbrik etdi

Hacıbala Abutalıbov, İnam Kərimov və Samir Nuriyev vəzifəsindən azad EDİLDİ - SƏRƏNCAM
21.04.2018, 19:39

Hacıbala Abutalıbov, İnam Kərimov və Samir Nuriyev vəzifəsindən azad EDİLDİ - SƏRƏNCAM

Novruz Məmmədov şöbə müdiri vəzifəsindən azad olunub
21.04.2018, 18:50

Novruz Məmmədov şöbə müdiri vəzifəsindən azad olunub

Abutalıbov baş nazirin müavini oldu
21.04.2018, 18:10

Abutalıbov baş nazirin müavini oldu

Bəzi nazirlik və komitələrə rəhbər təyin olunmadı - ADLAR
21.04.2018, 17:55

Bəzi nazirlik və komitələrə rəhbər təyin olunmadı - ADLAR

Bu məmurlar vəzifəsini itirdi – Səlim Müslümov, Heydər Əsədov, Abid Şərifov, Əli Həsənov, Elçin Əfəndiyev, İsmət Abbasov...
21.04.2018, 17:44

Bu məmurlar vəzifəsini itirdi – Səlim Müslümov, Heydər Əsədov, Abid Şərifov, Əli Həsənov, Elçin Əfəndiyev, İsmət Abbasov...

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(10.2%)
İmtahan qiymətləri normalıdr(6.12%)
İmtahan qiymətləri aşağıdır(0%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(71.4%)
İmtahan qiymətləri azaldılmalıdır(4.08%)
İmtahan qiymətləri artırılmalıdır(8.16%)