Modern.az

Azad Rəhimov gənclər evləri haqda DANIŞDI

Azad Rəhimov gənclər evləri haqda DANIŞDI

Aktual

19 Dekabr 2017, 16:23

"Gənclər evlərini dünyanın ən qabaqcıl texnologiyaları ilə təmin etməyə çalışırıq".

 

Modern.az xəbər verir ki, bunu Binəqədi rayon Gənclər Evində “Azərbaycan hökumətinin BMT ilə Gənclər evlərinə dair birgə təşəbbüsü” pilot layihəsinin təqdimatında gənclər və idman naziri Azad Rəhimov bildirib.

O qeyd edib ki, Azərbaycan əhalisinin 60 faizindən çoxunu gənclər təşkil edir və gənclərə dövlət tərəfindən lazımi qayğı göstərilir.

 

Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev gənclərlə bağlı üç dövlət proqramı təsdiq edib və üçüncü proqram 2017-2021-ci illəri əhatə edir: "Dövlət proqramları gənclərin həyatında bütün istiqamətləri əhatə edib. Birinci və ikinci proqram uğurla icra edilib".

 

A.Rəhimov əlavə edib ki, gənclərlə bağlı uğurlu layihələrdən biri də Gənclər evləri şəbəkəsinin yaradılması idi:

 

"Hazırda Azərbaycanda 40-dan artıq Gənclər evi və mərkəzi fəaliyyət göstərir. Biz çalışırıq ki, Gənclər evləri dünyanın ən qabaqcıl texnologiyaları ilə təmin edilsin, həmin evlər həqiqətən də gənclər üçün faydalı olsun. Biz bu istiqamətdə beynəlxalq təşkilatların təcrübəsindən istifadə etməyə çalışırıq”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?