Modern.az

Nəsib bəy Yusifbəylinin xanımına aid nadir sənəd - “Oğlum Ənvərə sevgilərlə”

Nəsib bəy Yusifbəylinin xanımına aid nadir sənəd - “Oğlum Ənvərə sevgilərlə”

19 Dekabr 2017, 23:41

Modern.az Cümhuriyyətin yüzillik yubileyi münasibətilə ADR kadrlarına aid silsilə yazılarını davam etdirir. Bu dəfə Cümhuriyyətin baş naziri Nəsib bəy Yusifbəylinin xanımı –həm də maarifçi İsmayıl Qaspiralının qızı- Şəfiqə xanıma aid tarixi sənədi təqdim edəcəyik.

 

Qeyd edək ki, Nəsib bəy hələ tələbə ikən Krıma, İsmayıl bəy Qaspiralının yanına gedir, orada “Tərcüman” qəzetində tez-tez çıxış edirdi. Qaspiralı dünyasını dəyişəndən sonra da o, qəzetlə əlaqəsini saxlayıb və yenidən orda çap olunub. Nəsib bəy Qaspiralının qızı Şəfiqə xanımla ailə həyatı qurur. Krımda Qaspiralının yanında bir neçə vaxt yaşayıblar. Sonradan ailə problemlərinə görə ayrılıblar. Amma ayrılsalar da, Nəsib bəy öz ailəsinə, uşaqlarına sonradan hər zaman nəzarət edirdi. Şəfiqə xanımın özü də Nəsib bəyə ömrünün sonuna qədər hörmətlə yanaşıb. O da jurnalist idi. “Aləmi nisvan” adlı qəzeti Krımda o, çap etdirmişdi. Qəzet qadın azadlığı, qadın dünyası barədə çap edilən ilk mətbu orqanlardan idi. Bu işdə də Nəsib bəy ona çox kömək edib. Nəsib bəy baş nazir seçiləndən sonra ailəsini yanına gətirir. Şəfiqə xanım burda qalır, həm mətbuatda çıxış edir, həm də qız məktəbində dərs deyir. Şəhərdə baş verən bütün ictimai-siyasi işlərdə fəallıq göstərir.

 

 

Şəfiqə xanıma aid fotonu isə Cümhuriyyət dövrünün araşdırıcısı Ceyhun Nəbi təqdim edib. Qeyd edək ki, 1971-ci ilə aid olan bu tarixi qeyd və fotoda Şəfiqə xanımın Nəsib bəyin ailəsinə sevgi və hörməti özünü bir daha sübut edir. Odur ki, bu tarixi fakt Nəsib bəylə Şəfiqə xanımın münasibətlərini düzgün qiymətləndirməyənlərə həm də bir növ, cavabdır:

"Oğlum Ənvərə sevgilərlə" Şəfiqə Qaspıralı.

 

Azərbaycandan çıxdıqdan 50 il sonra Azərbaycana göndərilmiş bu foto və sözlər Nəsib bəyə, onun ailəsinə qarşı Şəfiqə xanımın sonsuz sayğısına bir nümunədir.

 

Ənvər Şəfiqə xanımın qaynı Həmid bəy Yusifbəylinin oğludur. Ənvər 1915-ci il doğumludur. Şəfiqə xanım onu gördükdə təxmíni 4-5 yaşı olardı Ənvərin… Şəfiqə xanım böyük eşq nümunəsi yaratmışdı. Şəhid edilmiş Nəsib bəyin əziz xatirəsinə, onun ailəsinə qarsi sevginin böyük numunələrindəndir bu sözlər”

 

E. Nihad

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir