21 yanvar 2018, Bazar
Ana Səhifə - ÖLKƏ - “Eldar Mahmudovun həbs qərarı yuxarı dairələrdə veriləcək”  
“Eldar Mahmudovun həbs qərarı yuxarı dairələrdə veriləcək”  
20.12.2017, 09:21

Ləğv edilmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov ətrafında istintaq hərəkətləri intensivləşib. Sabiq nazir artıq 4 dəfə dindirilib. Sonuncu dindirilmə dekabrın 16-da da  Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsində baş tutub. Onun həm əmisi oğlu, həm də keçmiş köməkçisi Vüqar Mahmudov epizodu üzrə dindirildiyi, eləcə də oğlu Anar Mahmudovun ölkədən çıxartdığı 1 miyard dollarla bağlı sorğu-sual edildiyi bildirilir.

Polkovnik-leytenant Vüqar Mahmudov bu ilin noyabrında həbsə alınıb. O, nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Sabiq nazirin əmisi oğlu Vüqar Mahmudova özgə əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə faktları üzrə ittihamlar elan olunub. Barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Hətta sabiq nazirin V.Mahmudovla üzləşdirildiyi iddia olunur. Bütün bunlar isə həlqənin daraldığından, məngənənin getdikcə sıxıldığından xəbər verir.

Tanınmış vəkil Cavad Cavadov Modern.az-a deyib ki, Eldar Mahmudovun dindirilmək üçün istintaqa çağırılması, hətta bu çağırışların intensivləşməsi sabiq nazirin əleyhinə işləyir:

“Bütün bunlar müəyyən proseslərdən xəbər verir. Son olaraq, bu dindirilmələr onun təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsilə nəticələnə bilər. Amma Azərbaycan reallığını qəbul etməliyik. Məlumdur ki, Eldar Mahmudovun həbsi ilə bağlı qərar yuxarı dairələrdə veriləcək. Sabiq nazirlə bağlı qərar siyasi olacaq, hüquqi qərar olmayacaq. Çünki hüquqi qərar olsaydı, Eldar Mahmudov indiyədək həbs olunmalı idi. Mən inanıram ki, istintaqda onun əleyhinə a kifayət qədər sübut əldə olunub. Təbii ki, çağırışların intensivləşməsi ciddi indikatordur. Ola bilər ki, Eldar Mahmudovun təqsirləndirilən şəxs qismində cəlb olunmasının şahidi olacağıq”.

Xatırladaq ki, 2017-ci il iyulun 10-da Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərova hökm oxunub. Məhkəmənin hökmü ilə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. Hökmə görə, Vüsal Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib.

Hökmə əsasən, zərərçəkmişlərdən yalnız Akif Qurbanovun mülki iddiası təmin edilib. Digər zərərçəkmiş iş adamlarının mülki iddiası təmin edilməyib. Məhkəmə bunu belə əsaslandırıb ki, Vüsal Ələkbərov və digər vəzifəli şəxslər iddiası təmin olunmayan zərərçəkmişlərdən pulu rüşvət kimi qəbul ediblər. Bu səbəbdən rüşvət alma ilə bağlı iddia mülki qaydada həll oluna bilər. 


Məhkəmə həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Movlan Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarıb və həmin qərarın surəti icra olunması üçün aidiyyəti üzrə prokurorluğa göndərilib.

 

C.Cavadov bu barədə danışarkən deyib ki, xüsusi qərardadın olması, cinayət işinin şərtsiz başlanılmasına səbəb deyil:

“Sadəcə olaraq, məsələlərin araşdırılması və hüquqi qiymət verməsini məcbur edən bir sənəddir. Yəni istintaq orqanı məcburi surətdə qərar qəbul edib məhkəməyə məlumat verməlidir. Bu, istintaq orqanının vəzifəsidir”.

 


Gülşən RAUFQIZI
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Sinemanın kral və kraliçası” seçildi - Fotolar
21.01.2018, 19:45

“Sinemanın kral və kraliçası” seçildi - Fotolar

Kabildə otelə silahlı hücum nəticəsində ölənlərin sayı 43-ə çatıb - YENİLƏNİB
21.01.2018, 17:44

Kabildə otelə silahlı hücum nəticəsində ölənlərin sayı 43-ə çatıb - YENİLƏNİB

Ərdoğan yenidən Ermənistana arxivləri açmağı təklif edib
21.01.2018, 17:00

Ərdoğan yenidən Ermənistana arxivləri açmağı təklif edib

Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb   
21.01.2018, 16:34

Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb  

Ağdamda bir ailənin 5 üzvü qidadan zəhərlənib   
21.01.2018, 15:47

Ağdamda bir ailənin 5 üzvü qidadan zəhərlənib  

Azərbaycanda “çürük banklar”ın sayı  ARTIR
21.01.2018, 15:30

Azərbaycanda “çürük banklar”ın sayı  ARTIR

Azərbaycan XİN-dən “Zeytun Budağı” əməliyyatı ilə bağlı AÇIQLAMA - RƏSMİ
21.01.2018, 14:46

Azərbaycan XİN-dən “Zeytun Budağı” əməliyyatı ilə bağlı AÇIQLAMA - RƏSMİ

Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv edilməlidir
21.01.2018, 14:25

Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv edilməlidir

Paytaxtın bu ərazilərində su yoxdur
21.01.2018, 14:00

Paytaxtın bu ərazilərində su yoxdur

Sabaha olan hava PROQNOZU
21.01.2018, 13:05

Sabaha olan hava PROQNOZU

Deputatların “bazar günü”: “Bazar günü mənim üçün sıradan bir gündür və xüsusi əhəmiyyət daşımır”
21.01.2018, 12:50

Deputatların “bazar günü”: “Bazar günü mənim üçün sıradan bir gündür və xüsusi əhəmiyyət daşımır”

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz”
21.01.2018, 11:56

Elxan Şahinoğlu: “Heç bir dövlət bunu bizə qadağan edə bilməz”

Türkiyə tankları Afrinə daxil olub
21.01.2018, 11:50

Türkiyə tankları Afrinə daxil olub

Vəzifəsindən azad olunan təhsil nazirinin müavininə Vergilər Nazirliyində yüksək vəzifə verildi
21.01.2018, 10:46

Vəzifəsindən azad olunan təhsil nazirinin müavininə Vergilər Nazirliyində yüksək vəzifə verildi

Azərbaycan ermənilərə zərbə endirməyib - RƏSMİ
21.01.2018, 10:21

Azərbaycan ermənilərə zərbə endirməyib - RƏSMİ

Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi pozub
21.01.2018, 09:41

Düşmən iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi pozub

Nyu-Yorkda
21.01.2018, 09:34

Nyu-Yorkda "Azadlıq" heykəli bağlandı

Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - Video
21.01.2018, 00:56

Azərbaycanlı çoban “O səs Türkiyə”də növbəti turda - Video

Məmmədyarov
21.01.2018, 00:39

Məmmədyarov "Tata Steel Chess"də 3-cü qələbəsini qazandı

Çexiyada otel yanğınında 2 nəfər öldü
21.01.2018, 00:17

Çexiyada otel yanğınında 2 nəfər öldü

Otelə hücumda ölənlərin sayı artıb
20.01.2018, 23:53

Otelə hücumda ölənlərin sayı artıb

Hindistanda fabrik yandı: 17 ölü
20.01.2018, 23:35

Hindistanda fabrik yandı: 17 ölü

“Qalatasaray”a yeni president seçildi
20.01.2018, 23:23

“Qalatasaray”a yeni president seçildi

İsveçdə məscidin qapısına faşist svastikasının təsviri çəkildi
20.01.2018, 23:09

İsveçdə məscidin qapısına faşist svastikasının təsviri çəkildi

Üç ölkənin səfiri Türkiyə XİN-ə çağırıldı
20.01.2018, 22:54

Üç ölkənin səfiri Türkiyə XİN-ə çağırıldı

Şizofren pasientin etirafları: “Şeytanı eşidirəm və görürəm”   
20.01.2018, 22:31

Şizofren pasientin etirafları: “Şeytanı eşidirəm və görürəm”  

Azərbaycanda manyak: Polis hər yerdə onu axtarır - Foto
20.01.2018, 22:14

Azərbaycanda manyak: Polis hər yerdə onu axtarır - Foto

“Azadlığa aparan yol”  - Serbiya ictimaiyyəti 20 Yanvar dəhşətləri barədə məlumatlandırıldı
20.01.2018, 21:47

“Azadlığa aparan yol”  - Serbiya ictimaiyyəti 20 Yanvar dəhşətləri barədə məlumatlandırıldı

Tikinti sahəsində özbaşınalıq: yüzlərlə insanın həyatı təhlükədədir - Fotolar
20.01.2018, 21:27

Tikinti sahəsində özbaşınalıq: yüzlərlə insanın həyatı təhlükədədir - Fotolar

Türkiyə “Zeytun budağı” əməliyyatı ilə 108 hədəfi vurdu - Yenilənib
20.01.2018, 21:07

Türkiyə “Zeytun budağı” əməliyyatı ilə 108 hədəfi vurdu - Yenilənib

Ərdoğan 20 Yanvar şəhidlərini anıb
20.01.2018, 20:56

Ərdoğan 20 Yanvar şəhidlərini anıb

Qarabağda erməni hərbçısı yaralandı
20.01.2018, 20:34

Qarabağda erməni hərbçısı yaralandı

20 Yanvar 28 il sonra FOTOLARDA
20.01.2018, 20:19

20 Yanvar 28 il sonra FOTOLARDA

Çinin Rusiyadan aldığı  “S-400” geri qaytarılır
20.01.2018, 20:03

Çinin Rusiyadan aldığı  “S-400” geri qaytarılır

Rusiya və İran Türkiyəyə qarşı
20.01.2018, 19:51

Rusiya və İran Türkiyəyə qarşı

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(36.6%)
SOCAR(16.6%)
Azersun Holding(10%)
Azercell(3.33%)
Bakcell(13.3%)
Nar mobile(3.33%)
Gilan Holdinq(3.33%)
Nurgun Group(0%)
Paşa Holding(3.33%)
Akkord(10%)