Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da avtomobillərə kifayət qədər maraq var. Bir çoxlarının ən böyük istəyi avtomobil idarə etməkdir. Amma bunun üçün əvvəlcə sürücülük hüququ qazanmaq lazımdır. Sürücülüyün A, A1 və B kateqoriyalarından başqa digər kateqoriyalar üçün sürücülük məktəblərinə yazılmaq lazımdır.
İndi ən böyük problemdən biri sürücülük məktəbləridir. Çünki bu məktəblərdə sürücü hazırlığından söz gedə bilməz. Məktəblə gələcək sürücünün təması iki dəfə olur - bir məktəbə yazılanda, bir də şəhadətnaməni alanda.
Bundan başqa da cəmiyyətdə belə bir fikirlər var ki, sürücülük vəsiqəsini müəyyən məbləğ qarşılığında almaq da mümkündür. Hətta bu iddialara görə, bir müddət əvvəl sürücülük vəsiqəsini qeyri-qanuni yollarla 1000 manata almaq olurdusa, hazırda qiymət bahalaşaraq 1500 manatadək qalxıb.
Bəs görəsən bu iddialar nə qədər doğrudur? Bu problemlərin həlli üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, A1, A və B kateqoriyası üzrə hamı müstəqil qaydada hazırlaşıb imtahan verə bilər.
“Ancaq onlar ikinci dəfə qeyri-məqbul qiymət alarlarsa, o halda həmin sürücülük kurslarını müstəqil şəkildə bitirməlidirlər. Biz istərdik ki, sürücülüyə namizədlərlə dərslər lazımi qaydada keçirilsin. Onların ən azı bilikləri olsun, təkcə əzbərləməklə yox, başa düşmək, qavramaq yolundan istifadə etsinlər. Bu, onlara sürücülük hüququna yiyələndikdə daha çox yararlı olacaq”.
Kamran Əliyev sürücülük vəsiqəsinin 1000-1500 manat qarşılığında alınması ilə bağlı da iddialara cavab verərək deyib ki, bunlar şayiədən başqa bir şey deyil:
“Bəzən imtahanı verə bilməyənlər belə bir bəhanələr gətirərlər ki, sürücülük vəsiqəsi rüşvətlə alınır. Bunu sübut etməklərini istəyəndə səsləri kəsilir. Belə bir iddia varsa Baş Dövlət Yol Polisi İdarəsinə müraciət ünvanlasınlar, biz də bunun əsasında araşdırma apararaq. Sürücülük vəsiqəsinə hüquq qazanmaq üçün istər nəzəri, istərsə də praktiki imtahanlar insan iştirakı olmadan həyata keçirilir. Nəzəri imtahanda kompüter vasitəsilə 15 dəqiqə ərzində 10 sualdan 9-na cavab verənlər növbəti mərhələyə keçirlər. Praktiki imtahanda da balların toplanması xüsusi vasitələrlə həyata keçirilir. Avtomobilə elektron cihazlar quraşdırılır, sürücünün etdiyi qayda pozuntularına qiyməti cihaz verir”.
İdarə rəsmisi bildirib ki, hazırda ölkədə sürücülərin bilikli və biliksiz olması deyil, məsuliyyətsiz olması problem yaradır:
“Bu gün yollarda qəzalar baş verir, bütün bunlar sürücü məsuliyyətsizliyi nəticəsində ortaya çıxır. Qəzaların çoxu nəqliyyat vasitəsinin qarşı hərəkət zolağına çıxması, işıqforun tələblərinin pozulması, sürət həddinin aşılması və başqa səbəblərdən baş verir. Bunları bilmək üçün hansısa sürücülük təhsilinin olmasına ehtiyac yoxdu. 5-ci, 6-cl sinif şagirdlərindən soruşsan həmin qaydaları əzbər deyər. Yəni sürücülər bilmirlərmi ki, işıqforun qırmızı işığında hərəkət etmək olmaz və ya sürət həddini keçmək qəzaya səbəb olar. Hazırda ən böyük problem sürücülərin məsuliyyətsizliyidir”.
Ekspert Ərşad Hüseynov sürücülük vəsiqəsinin müəyyən məbləğ qarşılığında alınması ilə bağlı iddiaları eşitsə də, belə halın şahidi olmadığını deyir:
“Əgər kimsə sürücülük vəsiqəsinin müəyyən məbləğ qarşısında alındığını iddia edirsə, bununla bağlı aidiyyəti orqanlara müraciət etməlidir. Bu gün bizim qanunvericilikdə sürücü olmağın qaydaları var, sürücülük vəsiqəsi almaq istəyənlər bu qaydaları oxuyub imtahana daxil olurlar, əgər həm nəzəri, həm də praktiki imtahandan məqbul qiymət alırlarsa, heç bir problemsiz sürücülük hüququ qazanırlar”.
Ə. Hüseynov deyib ki, hazırkı qanunvericiliyə görə, heç bir məktəbə yazılmadan da A, A1 və B kateqoriyası üzrə sürücülük vəsiqəsi almaq istəyənlər imtahana girə bilirlər:
“Hazırda sürücülük hazırlığı ilə bağlı məsələdə müəyyən problem var. Yaxşı olar ki, xüsusi dövlət proqramında sürücülük hazırlığı ilə bağlı məsələlərə yenidən baxılsın”.
Dünyanın ən varlı terror təşkilatı məlum oldu
Türkiyədə silahlı toqquşma: 1 şəhid, 4 yaralı
Putin Sarkisyana zəng vurub
Nalbandyan Moskvaya getdi
Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı yeni medal təsis edilir
Azərbaycan nefti yenə bahalaşdı
Azərbaycanlı professor beynəlxalq mükafata layiq görülüb
Rəsmi Moskva Ermənistandakı vəziyyətə münasibət bildirdi
ATƏT-in baş katibi Azərbaycan prezidentini təbrik edib
Avropanın ən çox və ən az borcu olan ölkələri bunlardır
FİFA-nın prezidenti "Qarabağ"ı təbrik edib
Ermənistanda hakim koalisiya dağılıb
Bakıda 6500-ə yaxın şagird “İnformatika” fənnini yeni formatda öyrənir
AŞPA azərbaycanlı məcburi köçkünlərə dair qətnamə qəbul edib
Bakının bu hissələrində sabah qaz olmayacaq
Azərbaycanda yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək
“Qaçqınkom” Gəncədəki yanğınla bağlı açıqlama verdi
Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub
“Fenerbahçe” – “Beşiktaş” oyunu qaldığı yerdən davam etdiriləcək
Zakir Həsənov Çinə səfər edəcək
Salyanda 28 yaşlı gənc özünü bıçaqlayaraq öldürüb
“Böhtan atan şəxs öz vicdanı və Allah qarşısında məsuliyyət daşıyır...”
İlham Əliyevin Türkiyə səfəri başa çatdı
PA işçiləri üçün tikilən yaşayış kompleksi gələn ilin payızında istifadəyə veriləcək
Bu yolda hərəkət məhdudlaşdırılacaq
DİN Bakıda məktəblinin zorlanması xəbərinə münasibət bildirdi
Yerevanın mərkəzinə zirehli texnika yeridildi
Manatın sabahkı MƏZƏNNƏSİ
“Onlar Prezidentin etimadını doğruldacaqlar”
Bakıda daha bir piyada ölümü
İlham Əliyev Ankaradan dünyaya mesaj verdi
Yarımçıq qalmış “Fənərbağça" - "Beşiktaş" matçı barədə son qərar verildi
Prezidentin sərəncamı 11193 nəfərə şamil olunacaq - AÇIQLAMA
Ermənistanda 10-a yaxın partiya Paşinyanı dəstəklədi
İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü - YENİLƏNİB
Hamı bilir prava necə satılır və alınır. Nə vaxt bu imtahan polisdən alınıb Asan xidmətə və ya DİM-ə veriləcək? bu rəzalət nə xavt bitəcək. baxın görün dünya praktikasına ay cahillər.
Şərh yaz