Modern.az

Qumarxanalar cənnətinin şahzadəsi evlənib: dünya bu toydan danışır

Qumarxanalar cənnətinin şahzadəsi evlənib: dünya bu toydan danışır

2 İyul 2011, 17:26


Lüks və ehtişamın simvolu sayılan dünyanın ən kiçik ikinci ölkəsi Monakoda şahzadə II Albert Şarlin Uittstokla evlənib. İndi bütün dünya 53 yaşlı bəylə 33 yaşlı gəlinin qumarxanalar cənnəti Monakodakı toyundan danışır.

Modern.az xarici mətbuata istinadən bildiri I, 1 il əvvəl tanış olan cütlük dünən 15-ci əsrdən qalma Qrimaldi sarayında 40 dəqiqə davam edən, yalnız 90 adamın qatıldığı nikah mərasimində ər-arvad élan olunublar.

Mərasimdən sonra balkona çıxaraq öpüşən cütlük monakoluları şampanların ikram edildiyi bir qəbula dəvət edib.
Bu gün isə saray həyətindəki açıq havada toy mərasim keçiriləcək. Mərasimə Fransa prezidenti N.Sarkozi, İsveç kralı Karl Qustav, İslandiya, İrlandiya, Livan, Malta, Almaniya dövlət başçıları, Roberto Cavalli, Karl Lagerfeld, Renee Fleming, Naomi Kambell kimi siyasət və maqazin dünyasından 3 min 500 qonaq qatılacaq.

Ölkədə toy səbəbiylə iki gün rəsmi tətil elan edilib. Mindən çox jurnalist bu ilin ikinci kral toyunu izləmək üçün akreditə olunub. Bu günki mərasimi 35 min əhalisi olan bütün Monaco xalqı qeyd edir. Toy bir çox kanaldan canlı olaraq yayımlanacaq. Monako şahzadəsinin toyunun 60 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, şahzadə Albert toydan əvvəl etiraf edib ki, onun nikahdankənar iki övladı var.
Şahzadənin "Air France" aviaşirkətinin stüardessası Nikol Kostadan Aleksandr adlı oğlunun, amerikalı daşınmaz əmlak satışı agenti Tamara Rotoladan isə Jasmin adlı qızının dünyaya gəldiyi bildirilir.

Üstəlik, şahzadə Albertin bir vaxtlar Bruk Şilds və Klaudiya Şifferlə də eşq macərəları olub. Bəzi məlumatlara görə, Şarlin Uittstok bunları biləndə toydan öncə doğulduğu ölkəyə - Cənubi Afrika Respublikasına qaçmaq istəyib.

Cənubi afrikalı Şarlin Uittstok üzgüçülük üzrə olimpiada çempionudur. O, 25 İyun 1978-ci ildə Zimbabvedə dünyaya gəlib. 10 yaşındaykən ailəsiylə Cənub Afrika Respublikasına daşınıblar.

II Albert dünyanın ən zəngin adamlarından biri sayılır. Onun 1,2 milyard dollardan çox varidata sahib olduğu qeyd edilir. Monako dünyada ən məşhur qumarxanaların olduğu cırtdan ölkədir.




Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi