Modern.az

2018-ci ildə Qarabağ probleminin həlli üçün nələr ediləcək – Keçmiş nazirdən AÇIQLAMA

2018-ci ildə Qarabağ probleminin həlli üçün nələr ediləcək – Keçmiş nazirdən AÇIQLAMA

Aktual

20 Dekabr 2017, 17:23

Artıq 25 ildən çoxdur ki, Azərbaycanın 20 faiz torpağı torpaqları Ermənistanın işğalı altındadır. Bu illər ərzində problemin həlli yolunda müəyyən addımlar atılsa da, münaqişənin düyünü hələ də çözülməyib.  İllərdir keçirilən danışıqlar nəticəsiz qalıb. Bəs görəsən 2018-ci ildə Qarabağ danışıqlarında hansı gözləntilər olacaq?

 

Məsələ ilə bağlı Modern.az-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sözlərinə görə,  Ermənistanda real vəziyyət dəyişməsə, konstruktiv mövqe gözləmək mümkün deyil.

 

“Ermənistana bu məsələ ilə bağlı hansısa təzyiq olmasa, vəziyyət dəyişməyəcək. Qonşu ölkələrin Ermənistana təzyiq etməməsinin səbəbləri çoxdur. Əsas problem ondan ibarətdir ki, Ermənistandan istifadə edərək, bu və ya digər şəkildə Azərbaycanın inkişafına təzyiq göstərilir.

 

Hamı başa düşür ki, Azərbaycan həm hərbi baxımdan, həm demokratik baxımdan, həm ümumdaxili məhsul baxımından Cənubi Qafqazda  liderdir. Azərbaycan Gürcüstan və Ermənistanla müqayisə olunmayacaq şəkildə inkişaf edib.

 

Təəssüflə qeyd etmək lazımdır ki, çox ölkə Azərbaycanın inkişaf etməsinin tərəfdarı deyil. Ermənistan bir vasitə olaraq prosesləri ləngitmək, inkişafa maneələr törətmək və müxtəlif işlər üçün seçilib. Təəccüblü məsələ odur ki, Ermənistan əhalisinin əksəriyyəti hansısa məqsədlər üçün ölkələrinin istifadə olunmasını başa düşür. Onlar istifadə olunmaqlarını başa düşsələr də oyuna davam edirlər. Onlar işğal olunmuş torpaqlardan istifadə edə bilmirlər. Məlumatlara görə Ermənistan əhalisi iki dəfə azalıb, əhali ölkəni tərk etməyə çalışır”.

 

T.Zülfüqarov bildirib ki,  2017-ci ildə ermənilər danışıqlardan qaçırdılar.

 

“Cenevrədə keçirilən görüşdən danışıqlara qayıtmaq istədiklərini bildirmişdilər. Amma onların görüşlərə qayıdıb-qayıtmaması qətiyyəti dəyişmək üçün heç bir imkanlar yaratmır. Çünki hamı başa düşür ki, ermənilər danışıqların inkişafına sadəcə vaxt udmaq üçün baxırlar. Ona görə ki, danışıqların mövqeyi heç nəyi dəyişmir, hər il daha da sərtləşir.

 

Bu baxımdan 2017-ci il Qarabağ danışıqları istiqamətində heç də uğurlu olmadı. İndi danışıqlar bərpa olunmağa başlayır, həmsədrlər nazirlərin harada görüşəcəyini planlaşdırır. Görüşə ümidlər böyükdür, amma ATƏT-in Minsk qrupunun həmsədrlərin sərgilədiyi mövqe ümidverici deyil”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır