Modern.az

Prezident İlham Əliyev xanımı və qızları ilə otelin açılışında... (FOTOLAR)

Prezident İlham Əliyev xanımı və qızları ilə otelin açılışında... (FOTOLAR)

2 İyul 2011, 19:31

İyulun 2-də Bakıda “Kempinski Hotel-Badamdar” kompleksinin açılışı olmub. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılış mərasimində iştirak ediblər. Ekoloji cəhətdən təmiz təbiəti olan 2,5 hektar ərazidə inşa edilmiş otel kompleksinin ümumi sahəsi 84 min kvadratmetrdir. “Gilan-İnşaat” MMC tərəfindən aparılmış tikinti işləri 2008-ci ilin sentyabrında başlanmış, 2011-ci ilin mayında sona çatdırılıb.

Kompleksə otel, mənzillər və ofis binaları, alış-veriş və əyləncə mərkəzi daxildir. Həmin binalarda istirahət otaqları, mənzillər, konfrans zalı, toplantı otaqları, yerli və xarici mətbəx nümunələri təqdim edən üç restoran, şadlıq mərasimlərinin keçirilməsi üçün 750 nəfərlik ziyafət zalı, SPA mərkəzi, tennis kortu, basketbol, buz-sürüşmə meydançaları, boulinq zalı, açıq və qapalı üzgüçülük hovuzları, örtülü avtomobil dayanacağı, mağazalar, amfiteatr və aquapark yerləşir.

Otelin Azərbaycanda bənzəri olmayan 3,5 min kvadratmetr sahəni əhatə edən SPA mərkəzi, 24 masaj otağı, üzgüçülük hovuzu, gözəllik salonları, sauna, hamam və s. müştərilərin sağlamlığının və rahatlığının yüksək səviyyədə təşkilinə imkan yaradır.
Modern.az
AzərTAc-a istinadən mərasimdən fotoları təqdim edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?