Modern.az

Leyla Əliyeva Azərbaycan-Rusiya Gənclər Forumunun açılışında - FOTO

Leyla Əliyeva Azərbaycan-Rusiya Gənclər Forumunun açılışında - FOTO

Aktual

21 Dekabr 2017, 14:39

Bakıda “Yeni nəsil: sərhədsiz məsuliyyət” V Azərbaycan – Rusiya Gənclər Forumunun açılış mərasimi keçirilib.

 

 

Modern.az xəbər verir ki, forumun açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri Leyla Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, millət vəkilləri və digər rəsmilər iştirak ediblər.

Tədbir Azərbaycanın və Rusiyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Gənclər və İdman Naziri Azad Rəhimov deyib ki, Azərbaycan və Rusiya arasında dostluq əlaqələri böyük tarixə malikdir. "Azərbaycan dövləti gənclərə hər zaman diqqət və qayğı göstərir. Gənclərin özünü inkişaf etdirməsi üçün ölkədə kifayət qədər işlər görülüb".

 

Nazir deyib ki, Azərbaycan və Rusiya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. "2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramlarının uğurla həyata keçirilib. Azərbaycan prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı ölkədə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi istiqamətində atılan növbəti mühüm addımdır”.

 

Daha sonra çıxış edən Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov bildirib ki, Azərbaycanda Prezident yanında Gənclər Fondu yaradılıb, bununla yanaşı ölkədə bilikli, istedadlı gənclərin dəstəklənməsi üçün hər cür şərait mövcuddur. Bu forumun keçirilməsində əsas məqsəd qonşuluqda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir".

 

Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Oleq Muraşov çıxışı zamanı , Rusiya ilə Azərbaycan arasında əlaqələrin hərtərəfli olduğunu deyib.

 

"Rusiya Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıyıq. Gənclərlə iş həm Azərbaycanda, həm də Rusiyada prioritetdir.

"Qeyd etməliyəm ki, Rusiyada 15 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır.Bu münasibətlərinin nə qədər inkişaf etdiyinin göstəricisidir".

 

Dekabrın 23-dək davam edəcək forumun təşkilatçısı Gənclər və İdman Nazirliyi, həmtəşkilatçıları Rusiya Elm və Təhsil Nazirliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Rusiyanın Uşaq və Gənclər Birlikləri Milli Şurasıdır.

 

Qeyd edək ki, builki Forum 2011-ci və 2012-ci illərdə Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakı şəhərində, daha sonra isə 2013-cü ildə Rusiyanın Qroznı şəhərində keçirilmiş “Yeni nəsil: sərhədsiz məsuliyyət” adlı forumların davamıdır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi