20 oktyabr 2018, Şənbə
Ana Səhifə - CƏMİYYƏT - Ərinə XƏYANƏT edən qadınlar artıb - Azərbaycanda boşanmaların müasir SƏBƏBLƏRİ
Ərinə XƏYANƏT edən qadınlar artıb - Azərbaycanda boşanmaların müasir SƏBƏBLƏRİ
21.12.2017, 13:41

Bu ilin 10 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 52061 nikah və 12191 boşanma halı qeydə alınıb. Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.

 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Modern.az-a deyib ki, boşanmaların sayının artması  ölkədə ailə münasibətlərində ciddi böhranın olduğunun göstəricisidir:

“Hər ailənin öz problemi var. Rəsmi statistikadan başqa, qeyri-rəsmi nikahda olanlar da var. Yəni vətəndaş nikahı və  dini nikahda olub, boşananların sayını biz dədiqləşdirə bilmirik”.


Hüquq müdafiəçisi boşanmaların səbəblərinin müxtəlif olduğunu diqqətə çatdırıb:

“Ailənin təməli inam üzərində qurulmalıdır. İnsanlar bir-birlərinə inanmırlar, əslində evlənən cütlüklər arasında qarşlılıqlı inam və etibar olmalıdır. Lakin ailə quran şəxslər gələcək həyatını sığortalayacaq hüquqi addımları kifayət qədər nəzərə almırlar və bu yöndə addım atmırlar. Hazırda ailə münasibətlərinə kənar müdaxilə çoxdur. Bunlar qohumluq münasibətlərindən tutmuş, sosial şəbəkələrə qədər olan münasibətlərə dayanır. Əvvələr ailədə böyüklük ailə dəyərələrinin möhkəmlənməsinə yönəlik idisə, indi bu addımlar daha çox dağıdıcı rol oynayır”.

 

M.Zeynalova deyib ki, ailələrin dağılmasında xəyanətin payı çoxdur:

“Hazırda ailənin dağılmaması üçün ən çox kişilərin dözümlülük göstərdiyini müşahidə edirik. Digər bir hal isə hər iki tərəfin xəyanət etməsi və bunu normaya çevirməsidir. Belə ki, hətta bu münasibətlər də ciddi assosial hal alıb. İndi qadınlar arasında xəyanətin artması ciddi siqnaldır və bunun qarşısının alınması qarşılıqlı öhdəlik və məsuliyyətin dərk edilməsi ilə mümkün ola bilər. Yeri gəlmişkən, öhdəlik və məsuliyyət hissi ilə ailə qurulmasına şüurlu daxil olmayan tərəflər də çoxdur. Bu, sadəcə nəsil artırma missiyasına bənzəyir. Ailələr ya romantika – sevgi, ehtiras əsasında və yaxud da tərəflərin valideynlərin israrı ilə  qurulur”.


Tanınmış vəkil Şəfiqə Nağıyevada  Modern.az-a boşanma hallarının artdığını təsdiqləyib:

“Bu gün məhkəmə işlərinin böyük əksəriyyəti boşanmalardır. Əvvəlcə tərəflər arasında barışıq olmasına çalışırıq. Amma elə müraciət edən cütlüklər olur ki, onların yenidən bir araya gəlməsi mümkün olmur. İnsanlar da çox aqressivləşib”.

Ş.Nağıyeva boşanma səbəbi kimi xəyanətin üstünlük təşkil etdiyini vurğulayıb:

“Bir neçə il əvvələ qədər boşama səbəbi qayınana, baldız, yaşayış səviyyəsinin aşağı olması idisə, bu gün boşanma səbəbi xəyanətdir. Sosial şəbəkələr də burada mühüm rol oynayır. Əksəriyyət başqa adla Facebook-a girir, ər də xəbər tutanda problem yaranır. Bu gün boşanmaların səbəbi əksər qadınların Facebook, İnstaqram kimi sosial şəbəkələrin istifadəçisi olub, orada öz fotolarını paylaşmaları, yaxud ərindən gizlin telefon işlədib, digər şəxslərlə münasibət qurmaları, mesajlaşmalarıdır. Həmin mesajlar üzə çıxanda da qarşı tərəf çıxış yolunu məhkəmə qapısında tapır. Bunun əsasında deyə bilərəm ki, boşanmaların böyük çoxluğu xəyanətlə bağlıdır. Bir də ani evlilik qərarları da boşanmalarda əsas amildir. Əvvəl bir şey olan kimi deyirdilər “qayınanam yola vermir”. İndikilərin çoxusu heç qayınana ilə bir evdə yaşamaq belə istəmir. Gəlməmiş şərt kəsirlər ki, “evi ayır”. Gənclər ayrı yaşayanda da özbaşınalıq edir, nəticəsi boşanma olur”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Seçki günü partlayış: 15 ölü, 115 yaralı
20.10.2018, 17:50

Seçki günü partlayış: 15 ölü, 115 yaralı

Göygöldə 24 yaşlı qız gecə saatlarında itkin düşdü
20.10.2018, 17:37

Göygöldə 24 yaşlı qız gecə saatlarında itkin düşdü

Bərdədə 600 kq at əti aşkar olunub
20.10.2018, 17:24

Bərdədə 600 kq at əti aşkar olunub

Merkuri planetinə kosmik missiya göndərilib
20.10.2018, 17:17

Merkuri planetinə kosmik missiya göndərilib

"Azərenerji"də yeni təyinatlar olub
20.10.2018, 17:03

"Azərenerji"də yeni təyinatlar olub

Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır
20.10.2018, 16:55

Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR
20.10.2018, 16:38

Raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirir - FOTOLAR

Naxçıvanda bal festivalı keçirilir – FOTOREPORTAJ
20.10.2018, 16:23

Naxçıvanda bal festivalı keçirilir – FOTOREPORTAJ

Kayseridə Xocalı abidəsi açılıb
20.10.2018, 16:00

Kayseridə Xocalı abidəsi açılıb

ABŞ aviasiyası səhvən 2 kəndi məhv etdi: 62 ölü, 100 yaralı
20.10.2018, 15:51

ABŞ aviasiyası səhvən 2 kəndi məhv etdi: 62 ölü, 100 yaralı

Dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adı verdib
20.10.2018, 15:38

Dəniz nəqliyyatı işçilərinə “Əməkdar mühəndis” fəxri adı verdib

Bu şəxsə də prezident təqaüdü veriləcək
20.10.2018, 15:18

Bu şəxsə də prezident təqaüdü veriləcək

Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
20.10.2018, 15:14

Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib

Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI -“ Hər iki dövlət böyük gəlirlər əldə edəcək”
20.10.2018, 15:07

Deputatlar “Star” zavodunun əhəmiyyətindən DANIŞDI - Hər iki dövlət böyük gəlirlər əldə edəcək”

Qərargah: Badamdarda sürüşmə sahəsində uçqun tipli hərəkət qeydə alınıb
20.10.2018, 15:01

Qərargah: Badamdarda sürüşmə sahəsində uçqun tipli hərəkət qeydə alınıb

“Hizbullah”a yüksək dəqiqlikli raketlər üçün avadanlıq aparan təyyarə Livana enib
20.10.2018, 14:48

“Hizbullah”a yüksək dəqiqlikli raketlər üçün avadanlıq aparan təyyarə Livana enib

İranda nazir istefa verdi
20.10.2018, 14:36

İranda nazir istefa verdi

Şəkidə məcburi köçkün məktəblilərə dərs ləvazimatları paylanılıb
20.10.2018, 14:20

Şəkidə məcburi köçkün məktəblilərə dərs ləvazimatları paylanılıb

Bakı meriyasının təhvil verdiyi dayanacaqlarda problemlər var - RƏSMİ
20.10.2018, 14:18

Bakı meriyasının təhvil verdiyi dayanacaqlarda problemlər var - RƏSMİ

Bakıda 1 kq heroini 22 min manata satan dəstə zərərsizləşdirildi
20.10.2018, 14:12

Bakıda 1 kq heroini 22 min manata satan dəstə zərərsizləşdirildi

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
20.10.2018, 13:49

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

“STAR neft emalı zavodu Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir”
20.10.2018, 13:40

“STAR neft emalı zavodu Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir”

Kişilərin sipəri  
20.10.2018, 13:32

Kişilərin sipəri  

Sabah Bakıda 25 dərəcə isti olacaq
20.10.2018, 13:23

Sabah Bakıda 25 dərəcə isti olacaq

Baş Prokurorluq həbs olunmuş MTN generalları ilə bağlı məlumat YAYDI
20.10.2018, 13:16

Baş Prokurorluq həbs olunmuş MTN generalları ilə bağlı məlumat YAYDI

Gürcü namizəd azərbaycanlılara müraciət etdi: “Prezident seçilsəm, azərbaycanlı vətəndaşlarımız üçün...”
20.10.2018, 12:52

Gürcü namizəd azərbaycanlılara müraciət etdi: “Prezident seçilsəm, azərbaycanlı vətəndaşlarımız üçün...”

Azərbaycanda 9 min adda siqaret müsadirə olundu
20.10.2018, 12:47

Azərbaycanda 9 min adda siqaret müsadirə olundu

Sabah hava necə keçəcək? - PROQNOZ
20.10.2018, 12:39

Sabah hava necə keçəcək? - PROQNOZ

Qayda pozan avtobus sürücüləri niyə cərimələnmir? - Yol Polisindən AÇIQLAMA  
20.10.2018, 12:23

Qayda pozan avtobus sürücüləri niyə cərimələnmir? - Yol Polisindən AÇIQLAMA  

Ağstafada 18 yaşlı gəlin itkin düşdü
20.10.2018, 12:07

Ağstafada 18 yaşlı gəlin itkin düşdü

Axtarışda olan şəxs Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya olunub
20.10.2018, 11:50

Axtarışda olan şəxs Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya olunub

Hadi Rəcəbli dilənçilərdən DANIŞDI: “...əməklə məşğul olmağa yönləndirmək lazımdır”
20.10.2018, 11:36

Hadi Rəcəbli dilənçilərdən DANIŞDI: “...əməklə məşğul olmağa yönləndirmək lazımdır”

Zəhərlənərək ölən iranlı dənizçilərin cəsədləri hələ Bakıdadır
20.10.2018, 11:33

Zəhərlənərək ölən iranlı dənizçilərin cəsədləri hələ Bakıdadır

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilir
20.10.2018, 11:22

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilir

Ağstafada 18 yaşlı gəlin itkin düşdü
20.10.2018, 11:10

Ağstafada 18 yaşlı gəlin itkin düşdü

Azercell-dən iPhone Xs və iPhone Xs Max ilə Limitsiz İnternet Hədiyyə!
20.10.2018, 11:00

Azercell-dən iPhone Xs və iPhone Xs Max ilə Limitsiz İnternet Hədiyyə!

Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
20.10.2018, 10:53

Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib

Əfqanıstanda Parlamentin Aşağı Palatasına seçkilər başladı
20.10.2018, 10:44

Əfqanıstanda Parlamentin Aşağı Palatasına seçkilər başladı

YAP Binəqədi Rayon Təşkilatı 9 ayın yekunu vurulub
20.10.2018, 10:40

YAP Binəqədi Rayon Təşkilatı 9 ayın yekunu vurulub

Gəmidə zəhərlənən İran vətəndaşlarından 6 nəfər evə buraxılıb
20.10.2018, 10:32

Gəmidə zəhərlənən İran vətəndaşlarından 6 nəfər evə buraxılıb

Bir şəklin tarixçəsi - Heydər Əliyevlə Əbdürrəhman Vəzirovun ALİ QONAĞI - FOTO   
20.10.2018, 10:27

Bir şəklin tarixçəsi - Heydər Əliyevlə Əbdürrəhman Vəzirovun ALİ QONAĞI - FOTO  

İcra başçısı aidiyyatı qurumlara nöqsanlardan nəticə çıxarmağı tapşırdı  
20.10.2018, 10:26

İcra başçısı aidiyyatı qurumlara nöqsanlardan nəticə çıxarmağı tapşırdı  

120 kiloqram fındıq oğurlayan Zaqatala sakini saxlanıldı
20.10.2018, 10:14

120 kiloqram fındıq oğurlayan Zaqatala sakini saxlanıldı

Dövlət Komitəsində Karabağlar bələdiyyəsi ilə əməkdaşlıq müzakirə olunub
20.10.2018, 10:10

Dövlət Komitəsində Karabağlar bələdiyyəsi ilə əməkdaşlıq müzakirə olunub

STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib
20.10.2018, 10:00

STAR-ın ərazisi Xüsusi Sənaye Zonası elan edilib

Qərargah: Badamdardakı sürüşmə sahəsində yeni çatlar yaranıb
20.10.2018, 09:45

Qərargah: Badamdardakı sürüşmə sahəsində yeni çatlar yaranıb

Cəbhədə atəşkəs 30 dəfə pozulub
20.10.2018, 09:41

Cəbhədə atəşkəs 30 dəfə pozulub

ABŞ KXDR-ə qarşı sanksiyaları ləğv etməyəcək
20.10.2018, 09:28

ABŞ KXDR-ə qarşı sanksiyaları ləğv etməyəcək

Sergey Şoyqu: İŞİD Suriyada tamamilə darmadağın edilib
20.10.2018, 09:17

Sergey Şoyqu: İŞİD Suriyada tamamilə darmadağın edilib

Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının öldürüldüyünü təsdiqlədi - 18 nəfər saxlanıldı
20.10.2018, 09:03

Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının öldürüldüyünü təsdiqlədi - 18 nəfər saxlanıldı

ARXİV