Modern.az

“İnterfaks-Azərbaycan” agentliyinin rəhbəri vəfat edib

“İnterfaks-Azərbaycan” agentliyinin rəhbəri vəfat edib

Allah rəhmət eləsi̇n

21 Dekabr 2017, 15:24

“İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru Aleksandr Alekseyeviç İvanov bu gün səhər saatlarında Moskvada beyin qansızmasından dünyasını dəyişib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, A.İvanov 1950-ci il iyulun 12-də Bakıda anadan olub. Uzun illər SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışıb, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri olub.

 

2005-ci ilin avqustunda "İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru təyin olunub.

 

Allah rəhmət eləsin!

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir