Modern.az

Məhkəmələrdə baxılan probemli kreditlərin STATİSTİKASI - Vəkil çıxış yolu TƏKLİF EDİR  

Məhkəmələrdə baxılan probemli kreditlərin STATİSTİKASI - Vəkil çıxış yolu TƏKLİF EDİR   

İqtisadiyyat

22 Dekabr 2017, 11:14

Birinci instansiya məhkəmələrində baxılan borc-kredit işlərinin sayının 2017-ci ilin 6 ayı üzrə statistikasında vəziyyət ürəkaçan deyil.

Bu barədə apardığı araşdırmaların nəticəsini tanınmış vəkil Cavad Cavadov Modern.az-a açıqlayıb.

Hüquqşünas xatırladıb ki, 1994-cu ilin sentabrın 20-də imzalanmış “Əsrin  müqaviləsi”ndən sonra Azərbaycana böyük neft pulları gəlməyə başladı. Təkcə “Azəri-Çıraq-Cünəşli” yataqlar bloku üzrə Dövlət Neft Fonduna 2017-ci ilin noyabr ayının 1-nədək 127.304 milyard dollar pul daxil olub.

Hüquqşünas deyib ki, həmin neft pullarının bir qismi banklar vasitəsi ilə kreditlər şəklində vətəndaşlara ötürülüb:

“Ölkəyə daxil olan neft pulları tikinti bumu yaratmışdı və Bakı şəhərində daşınmaz əmlakın qiymətləri durmadan artırdı, qiymətlər Moskva kimi şəhərlə müqayisə olunurdu. Banklar üçün həmin dövrdə kreditlərin qaytarılması ilə bağlı problemlər ciddi hiss olunmurdu. Məhkəmələr banklara borcun bağlanması üçün geniş imkanlar yaradırdı.

“Azerilight” markalı neftimizun bir barelinin 2008-ci ilin iyulunda hətta 149 dollardan da baha satıldığı vaxtları olmuşdu. Sonradan qiymətlər stabil olaraq 100 dollardan yüksək qalırdı. Hər şey 2014-cü ildən sonra dəyişməyə başladı. Dünyada neftin qiymətində tədricən, sonra sürətlə enmə başladı, vaxtı ilə bir bareli 120 dollardan baha satılan neft hətta 29 dollara düşdü. Problemlər də ondan sonra tədricən hiss olundu.

Məhkəmələrdə baxılan probemli kreditlərlə bağlı işlər surətli artmağa başlayıb.

 

 

     2013

   2014

2015

2016

2017-ci ilin birinci yarısı

Məhkəmədə baxılan ümumi işlər

    78335

  153306

228428

352147

149920

Borc-kredit (bank) işləri və ümumi işlərdən faiz nisbəti

41027

52,3%

95848

62%

171664

75,5%

295140

83,8

118428

78,9%

 

Cədvəldəndə görünür ki, 2013-cü ildən sonra məhkəmələrdə baxılan kredit işlərinin sayında artım iki dəfəyə yaxın yüksəlib. 2013-cü ildə bu işlərin sayı  41027 (ümumi işlərin 52,3 %) təşkil edirdisə, 2016-cı ildə artıq  295 140-a (ümumi işlərin sayının 83, 8%) qədər yüksəldi.

2017-ci ilin birinci yarısında əvvəlki illə müqayisədə azalma müşahidə olunsa da (78,9 %), yenə də vəziyyət ürəkaçan deyil. Ötən ildə həmin kateqoriya işlərinin sayının azalmasının bir sıra səbəbi var:

- Çoxsaylı banklar sürətlə müflis oldu;

- Digər bankların kredit verilmə həcminin əhəmiyyətli dərəcədə azalması;

- Kredit verilmə şərtləri ciddi sərtləşdirildi (yaradılmış Mərkəzləzləşdirilmiş Kredit Reyestrinin qara siyahısına düşən şəxslərə kredit ümumiyyətlə verilmir);

- Həmçinin ümumən iqtisadi aktivliyin səngiməsi, ölkəyə neft pullarının gəlməsinin azalması”.

C.Cavadovun sözlərinə görə, bu kateqoriyadan olan işlərin çoxluğu məhkəmələr tərəfindən digər işlərin keyfiyyətli və vaxtında baxılmasına ciddi maneə yaradır:

“Təsəvvür edin, məhkəmələr vaxtlarının 80%-ni bu işlərə sərf edir və yerdə qalan mürəkkəb mübahisələri, hətta arzu etdikləri halda belə,  araşdırmaq və həll etmək imkanları əhəmiyyətli məhdudlaşır. Bu cür durum ölkəmizdə onsuz da nüfuzu zəif olan  ədalət mühakiməsinə ciddi mənfi təsir göstərir. Məhkəmələrin önündə işlərin baxılma siyahısına (cədvəlinə) baxdıqda bu mənzərəni görmək olur. İşlərin əksər hissəsi banklarla vətəndaşlar arasında olan mübahisələrdir.

Lakin əvvəlki mövqeyimi təkrarlayaraq, bir daha qeyd edirəm ki, hakimlərin və məhkəmə aparatı ştatının artırılması problemin həlli deyil. Problemin həlli qanunvericilikdə dəyişiklik edilərək, bu işlərin əhəmiyyətli hissəsinə notariat orqanlarında baxılması ola bilər. Qonşu Rusiya Federasiyasında 29 iyun 2016-cı ildə bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilib və notariat orqanlarına banklarla vətəndaşlar arasında bağlanmış kredit müqavilələri üzrə “icra qeydi” (tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönlməklə) vermək səlahiyyəti verilib. Həmin icra qeydi məhkəmə qərarlarını icra edən (Rusiyada onlar məhkəmə pristavları adlanır) quruma təqdim olunur və məhkəmə qərarı kimi icra olunur. Beləliklə  məhkəmələr ağır yükdən azad olunurlar”.

Hüquq müdafiəçisi qeyd edib ki, bu praktikanın tətbiqi ölkəmizdə mütləq nəzərdən keçirilməlidir:

“Azərbaycan qanunvericiliyində buna bənzər müddəalar var və tətbiq olunur. Belə ki, notariat qaydada bağlanan borc müqaviləsi üzrə borc qaytarılmadığı halda, məhkəmə qərarına bərabər icrası məcburi olan, icra qeydi vermək səlahiyyəti var. Yəni bu imkanları sadəcə qanunvericiklə daha da genişləndirmək artıq ciddi zərurətdir.

Yuxarıda əks olunan göstəricilərə əlavə olaraq maraqlı statistik rəqəmlər diqqətimi çəkdi. 2013-cü ildə icra qurumlarına 206160 icra sənədi daxil olmuşdursa, 2016-cı ildə bu say 700146 olub. Məhkəmələrdə baxılan borc-kredit işlərinin artması təbii olaraq icra qurumlarında olan işlərin sayını artırıb. Birmənalı olaraq icra qurumlarında bu kateqoriya işlər əksər çoxluq təşkil edir. Lakin bu sayda icra sənədinin keyfiyyətli və vaxtında icra edilməsi fiziki olaraq qeyri-mümkündür. “İcra haqqında” Qanunun 78.1. maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Məhkəmə qərarı ilə tutulan borcunu ödəyə bilməyən vətəndaş üstəlik icra qurumuna 7 faiz məbləğində əlavə icra ödənişi etməlidir. Hazırki durumda bu faktiki olaraq mümkünsüz vəziyyətə çevirilib və sadəcə vətəndaşa əlavə yük yaradır. Yəni şəxs bankla anlaşmışsa, sonradan icra qurumunun 7 faizinin girovuna çevrilir. Şəxsi müşahidələrimə görə, icra qurumları artıq kollaps vəziyyətindədir. Bundan çıxış yolu kimi isə bankların vətəndaşlara güzəştə getməsi (borcların restrukturizasiyası), qanunvericilikdə dəyişikiklər edilməsi və ya borcların dövlət hesabına silinməsi kimi addımlar atmaq lazımdır və bunlar müsbət nəticə mütləq verəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir