27 aprel 2018, Cümə
Ana Səhifə - QARABAĞ - Qaregini Paşazadənin ayağına gətirən SƏBƏB - bəs sonra?
Qaregini Paşazadənin ayağına gətirən SƏBƏB - bəs sonra?
22.12.2017, 13:09

Diplomatiyanın rəsmi və yarı-rəsmi tərəfləri ölkələr arasında olan münasibətlərin qaydaya salınmasında, problemlərin həllində aparıcı rol oynayır.

 

Lakin bəzən rəsmi ya da parlament diplomatiyası mürəkkəb düyünlərin açılması üçün göstərdiyi gərgin səylərə görə “yorğun” düşür. Qısaca desək, ikitərəfli münasibətlərdəki “pasların” açılmaması diplomatiyanın “yorğun” düşməsinin nəticəsidir.

 

Problemin qalmasındakı səbəblərdən biri də, diplomatiyada tərəflərdən ya da bir neçəsinin qeyri-konstruktiv mövqe sərgiləməsidir. Diplomatiyanı “yorğun” salan məqamlardan biri də budur – tərəflərdən biri az qala özünü hərbi tonda aparır, üstəgəl bütün təqsirlər onda ola-ola.

 

Hələ düşmən, danışıqlardakı qarşı tərəf Ermənistan kimi dövlətdirsə. Azərbaycan dəfələrlə özünün haqlı tələblərini irəli sürüb, dayanmadan diplomatik gedişləri işə salıb ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olsun.

 

Ermənistanın gözdən pərdə asmağı

 

Lakin Ermənistanın dövlət olaraq işğalçılıq konsepsiyası və ritorikası Qarabağ düyününün açılmasında böyük səddir.

 

Azərbaycan ordusu isə ötən ilin aprel ayında cəbhədə aparılan əks-hücum əməliyyatları ilə bu səddin bir hissəsini dağıtdı, bu, Ermənistanda şok effekti yaratdı.

 

Ermənistan hökumətinin bundan sonra danışıqlarda vaxt qazanmaq və Azərbaycanın geri qaytardığı ərazilərdə özlərinə tuşlanan silahların atəşini təxirə salmaq cəhdləri isə yalnız daxili auditoriyaya hesablanmışdı.

Lakin bütün bunlar da Ermənistan cəmiyyətinin fikirlərini dəyişə bilmədi,  necə deyərlər onlar həqiqətin gözünə dik baxdılar. Ortada isə bir həqiqət  var idi – Azərbaycan aprel döyüşlərində illərdir Ermənistanın yaratdığı mifi darmadağın etdi və ərazilərini qaytarmaq gücündə olduğunu praktiki olaraq dünyaya bəyan etdi.

 

Azərbaycanın mövqelərinin istər hərbi sferada, istərsə də diplomatik müstəvidə möhkəmləndiyini hiss edən Ermənistan isə bu ilin sentyabr ayında rəsmi siyasətinin faktiki tərkib hissəsinə daxil etdiyi kilsəni dövriyyəyə buraxdı.

Regionda Rusiyanın bir nömrəli müttəfiqi və forpostunun Ermənistan olduğunu nəzərə alsaq, bu zaman deyə bilərik ki, Yerevan hər iki tərəfin din liderlərinin görüşündə çox maraqlı idi. Məqsəd isə təbii ki, uğursuzluqları din amili ilə pərdələmək idi.

 

Qeyd edək ki, bu ilin sentyabrın 8-də bütün Rusiyanın patriarxı Kirillin vasitəçiliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə ilə erməni katolikosu II Qaregin arasında görüş keçirilib.

 

Ermənistanı dini liderlərin görüşünə vadar edən yeganə GÜC…

 

Əlbəttə ki, bu görüş əvvəlki illərdə keçirilən görüşlərlə müqayisədə əhəmiyyətinə və münaqişəyə təsir etmə dərəcəsinə görə fərqlənmədi. Lakin belə bir mühakimə yürütmək mümkündür ki, bu görüşün keçirilməsində Ermənistan çox maraqlı idi və buna görə Kremlə ağız açaraq  Kirillin vasitəçiliyi ilə dini liderlərin görüşünü istəyib.

 

Görüş ənənəvi açıqlama və bəyanatlardan o tərəfə getmədi, amma bunu qismən də olsa buzların əriməsi kimi qiymətləndirmək olar.

Azərbaycan və Ermənistan dini liderləri 1993, 1994, 1995, 2000, 2004, 2010, 2011-ci illərdə görüşlər keçiriblər. Fikir versək görərik ki, növbəti görüş üçün ən çox çəkən vaxt 6 il olub – 2004-2010-cu illərdə.

 

Lakin 2018-ci ilin sentyabrındakı Moskva görüşü artıq 7 ildən də çox bir vaxtdan sonra ilk idi. Demək, düşünmək olar ki, diplomatiya üçün bütün yedək vasitələrdən imtina edən Ermənistan üçün bu görüş əhəmiyyətli idi, bu isə yalnız və yalnız daxili auditoriyaya hesablanmış zərurətdən irəli gəlirdi.

 

Allahşükür Paşazadənin aprel döyüşlərindən sonra Ermənistanın din xadiminin görüşdən imtina etməsi barədə verdiyi açıqlamaya baxaq:

 

“Bu məsələlərdə patriarx Kirillə təşəkkür edirəm. Patriarx Qarabağ məsələsinin ədalətli həllinə tərəfdardır, bir rayonun olsa belə, qaytarılmasını istəyir. Cəbhədə baş verən son hadisələrdən sonra Qareginlə məni görüşdürmək istəyirdi. Lakin Qaregin görüşə gəlmədi”.

 

Yəni  həmin zamanda belə Qareginin görüşünə Ermənistan razılıq verməyib, məqsəd isə bəlli idi – Yerevan o zaman da düşünürdü ki, köməkçi vasitələrdən imtina onun xeyrinədir.

 

Yəqin ki, Ermənistan hakimiyyəti belə bir qənaətdə olub ki, qısa müddətdə siyasətdə sarsılmış mövqelərini möhkəmləndirə biləcək.

 

Amma bir müddət keçdikdən sonra Serj Sarkisyan hakimiyyətinin başqa çıxış yolu qalmadı. Ermənistanı, istərsə də, Rusiyanı buna vadar edən yeganə səbəb isə 2016-cı ilin aprelində Qarabağ cəbhəsində Azərbaycan ordusunun uğurlu əməliyyatları idi.

Yəni, bir sözlə, nəticə olaraq aprel döyüşləri Ermənistanı dini liderlərin görüşünə də vadar edən faktor idi.

 

Bəs nəticə?

 

Ekspertlər düşünür ki, Azərbaycanın və Ermənistanın dini liderlərinin mütəmadi görüşləri belə Dağlıq Qarabağ münaqişəsinə dini elementin olmadığınının göstəricisidir.

Moskva görüşündə dini liderlər bunun xristian-müsəlman müharibəsi olmadığını təsdiq edən açıqlamalar verdilər.

 

Bir məqama isə diqqət edək, Azərbaycanın əsas dəstək aldığı ölkələr müsəlman ölkələridir. Lakin bunun da sırf islam amilindən qaynaqlandığını demək sadəlövhlük olardı. Çünki Azərbaycan elə bir siyasət yürüdür ki, dünya və regional əhəmiyyətli strateji layihələrdə lokomotiv rolunu oynayır ki, Ermənistan mühüm proyektlərdən kənarda qalır. Yəni, Azərbaycan beynəlxalq layihələrə diktə edir, bu isə istər-istəməz ölkələrin çoxunu rəsmi Bakının yanında olmağa vadar edir. 

 

Bu tendensiya lap elə müsəlman dövlətlərinin də təcrid olunmuş Ermənistanla dərindən münasibət qurmaq istəklərini azaldır. Yəni, Azərbaycanın siyasətdə və iqtisadiyyatda oynadığı rola görə islam ölkələrinin çoxu Ermənistanla əməkdaşlığın genişlənməsinə can atmır. Burada islam amilini qabartmaq isə yanlışdır (Səudiyyə Ərəbistanı, Pakistan, Türkiyə istisna olmaqla, çünki bu ölkələrin Ermənistanla diplomatik münasibəti yoxdur – A.K).

 

Gəlin digər bir nüansa da nəzər salaq. İslam Əməkdaşlıq Təşkilatı da Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyən qətnamələr qəbul edir.

Çox yaxşı, lakin bununla yanaşı, Avropa təşkilatları da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bu isə o deməkdir ki, Azərbaycanla Ermənistan arasındakı münaqişədə din amilinin rolu sıfıra bərabərdir.

 

Üstəgəl, Rusiyanın da Ermənistana hərbi dəstəyi dinlə bağlı deyil. Ermənistan Rusiyanın Cənubi Qafqazdakı forpostudur və buna görə də Kreml Yerevana hər cür dəstək verir. Üçüncüsü, Azərbaycanın və Ermənistanın din xadimlərinin görüşlərinə, həmişəki kimi, Rus Pravoslav Kilsəsi vasitəçilik edir.

“Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərini də çox zaman Rusiya prezidenti təşkil etdi. Bu o deməkdir ki, vasitəçilik təşəbbüsü bütün iqtiqamətlərdə tamamən Rusiyaya məxsusdur.

 

Məsələn, Azərbaycanın və Ermənistanın Vatikanla münasibətləri yaxşıdır. Ancaq heç vaxt Vatikan Azərbaycanın və Ermənistanın dini liderləri arasındakı görüşə və vasitəçiliyə təşəbbüs göstərməyib”-bunu politoloq Elxan Şahinoğlu şərhlərində bildirib.

 

Nəticə olaraq isə deyə bilərik ki, Qarabağ münaqişəsində din amili axtarmaq yanlış olsa da, dini liderlərin görüşünü də heçə saymaq olmaz.

 

İstənilən halda, belə görüşlər münaqişənin həllinə birbaşa təsir etməsə də, öz cəmiyyətlərində söz sahibi olan din xadimlərinin bir araya gəlməsi yaxşı bir haldır...


Aqşin KƏRİMOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanla sərhəddə xüsusi əməliyyat - 11 İŞİD-çi öldürüldü
27.04.2018, 00:07

Azərbaycanla sərhəddə xüsusi əməliyyat - 11 İŞİD-çi öldürüldü

Azərbaycan neftinin SON QİYMƏTİ
27.04.2018, 00:03

Azərbaycan neftinin SON QİYMƏTİ

Tarixi görüş sabah baş tutacaq   
26.04.2018, 23:58

Tarixi görüş sabah baş tutacaq  

Bakıda bağçada insident: Uşaq döyülüb, yoxsa yıxılıb  
26.04.2018, 23:53

Bakıda bağçada insident: Uşaq döyülüb, yoxsa yıxılıb  

 Ahıllar üçün alternativ “Facebook” yaradıldı
26.04.2018, 23:51

 Ahıllar üçün alternativ “Facebook” yaradıldı

Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb
26.04.2018, 23:48

Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb

Maarifçilik ideyalarına görə güllələnən Cümhuriyyət  alimi və əlifba “inqilabçısı” - ARAŞDIRMA
26.04.2018, 23:26

Maarifçilik ideyalarına görə güllələnən Cümhuriyyət  alimi və əlifba “inqilabçısı” - ARAŞDIRMA

Olimpiada “çempionları” və  600 bal toplayanları  yetişdirən, rekorda imza atan  ucqar kənd müəllimi - LAYİHƏ
26.04.2018, 23:07

Olimpiada “çempionları” və  600 bal toplayanları  yetişdirən, rekorda imza atan  ucqar kənd müəllimi - LAYİHƏ

Sabunçuda yaşayış binasında yanğın - 15 nəfər təxliyə edildi
26.04.2018, 22:35

Sabunçuda yaşayış binasında yanğın - 15 nəfər təxliyə edildi

"Beşiktaş" yarım qalan oyuna çıxmaqdan İMTİNA ETDİ
26.04.2018, 22:29

"Beşiktaş" yarım qalan oyuna çıxmaqdan İMTİNA ETDİ

Çernobıl əlillərinin təqaüdü 181,5  manata çatdırıldı
26.04.2018, 21:51

Çernobıl əlillərinin təqaüdü 181,5  manata çatdırıldı

“Mən seçilməsəm, heç kim seçilməyəcək” - PAŞİNYAN
26.04.2018, 21:40

“Mən seçilməsəm, heç kim seçilməyəcək” - PAŞİNYAN

 ABŞ-ın dövlət katibi oldu - Pompeo
26.04.2018, 21:37

 ABŞ-ın dövlət katibi oldu - Pompeo

Dünyanın ən təhlükəli saytlarından biri bağlandı
26.04.2018, 21:27

Dünyanın ən təhlükəli saytlarından biri bağlandı

Putin Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə etdi
26.04.2018, 21:20

Putin Karapetyanla Ermənistandakı vəziyyəti müzakirə etdi

Güləşçimiz erməni rəqiblərini məğlub edib çempion oldu
26.04.2018, 21:12

Güləşçimiz erməni rəqiblərini məğlub edib çempion oldu

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib 
26.04.2018, 21:06

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib 

SOCAR-la BP arasında yeni  saziş imzalandı
26.04.2018, 20:56

SOCAR-la BP arasında yeni  saziş imzalandı

Metroda sərnişinlər üçün YENİLİK - Yemək satılacaq
26.04.2018, 20:38

Metroda sərnişinlər üçün YENİLİK - Yemək satılacaq

İlham Əliyev Böyük Britaniya Baş naziri ilə  görüşdü
26.04.2018, 20:38

İlham Əliyev Böyük Britaniya Baş naziri ilə  görüşdü

Rusiya XİN:
26.04.2018, 18:55

Rusiya XİN: "Ümid edirik ki, danışıqlar bəpra olunacaq"

İnam Kərimov nazirliyin tabeliyində olan müəssisələrlə tanış olub-FOTO
26.04.2018, 18:46

İnam Kərimov nazirliyin tabeliyində olan müəssisələrlə tanış olub-FOTO

Sabah Bakının 2 rayonunda qaz olmayacaq
26.04.2018, 18:40

Sabah Bakının 2 rayonunda qaz olmayacaq

“Qaçqınkom”un sədri Dünya Bankının nümayəndələrini qəbul edib
26.04.2018, 18:34

“Qaçqınkom”un sədri Dünya Bankının nümayəndələrini qəbul edib

Ölü dənizdə 10 nəfər itkin düşdü
26.04.2018, 18:29

Ölü dənizdə 10 nəfər itkin düşdü

DİN-də geniş əməliyyat müşavirəsi keçirilib
26.04.2018, 18:17

DİN-də geniş əməliyyat müşavirəsi keçirilib

Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
26.04.2018, 18:08

Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya

Mətbuat Şurası Zakir Fəxrinin 70 illiyinə toplandı   
26.04.2018, 17:56

Mətbuat Şurası Zakir Fəxrinin 70 illiyinə toplandı  

Böyük Britaniya səfirliyi Formula 1 ərəfəsində Bakıda tədbirlər keçirəcək
26.04.2018, 17:48

Böyük Britaniya səfirliyi Formula 1 ərəfəsində Bakıda tədbirlər keçirəcək

Hüseyn Abdullayevin həbsi barədə rəsmi məlumat yayıldı - Əlavə ittiham irəli sürüldü  
26.04.2018, 17:46

Hüseyn Abdullayevin həbsi barədə rəsmi məlumat yayıldı - Əlavə ittiham irəli sürüldü  

Tramp Rusiyadan DANIŞDI: “Putindən də soruşa bilərsiniz”
26.04.2018, 17:43

Tramp Rusiyadan DANIŞDI: “Putindən də soruşa bilərsiniz”

Akademiyada doktorantura və dissertanturaya qəbul planı müzakirə olundu   
26.04.2018, 17:40

Akademiyada doktorantura və dissertanturaya qəbul planı müzakirə olundu  

Azərbaycan, İran və Rusiyanın energetika nazirləri protokol imzaladılar
26.04.2018, 17:34

Azərbaycan, İran və Rusiyanın energetika nazirləri protokol imzaladılar

Ədliyyə Nazirliyi daha 20 QHT-ni rəsmi qeydiyyata aldı   
26.04.2018, 17:19

Ədliyyə Nazirliyi daha 20 QHT-ni rəsmi qeydiyyata aldı  

Manatın sabahkı MƏZƏNNƏSİ 
26.04.2018, 17:18

Manatın sabahkı MƏZƏNNƏSİ 

ARXİV
SORĞU
Ali məktəblərə qəbul imtahanlarının qiymətlərinə necə baxırsınız?
İmtahan qiymətləri çox yüksəkdir(4.90%)
İmtahan qiymətləri normalıdr(3.92%)
İmtahan qiymətləri aşağıdır(1.96%)
Qiymətlər ləğv edilməli, imtahanlar pulsuz olmalıdır(70.5%)
İmtahan qiymətləri azaldılmalıdır(4.90%)
İmtahan qiymətləri artırılmalıdır(13.7%)