Modern.az

Müsavat parçalanmaya etiraz etdi: Yalandır, üzvlərin sayı artır - AÇIQLAMA

Müsavat parçalanmaya etiraz etdi: Yalandır, üzvlərin sayı artır - AÇIQLAMA

Aktual

22 Dekabr 2017, 13:54

“Müsavat Partiyasının üzvlərinin sayında azalma yox, artım var”.  

 

Bu sözləri Modern.az-a açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib deyib: 

“Müsavat Partiyasına yeni üzvlərin cəlb olunması yönündə işlər görülür. Ümumiyyətlə uzun zamandır Müsavat Partiyasından istefa verənlər olmayıb”.

 

G.Aslanlı deyib ki, Müsavat Partiyasında heç bir parçalanma yoxdur.

 

“Partiyada hansısa parçalanmadan söz gedə bilməz. Əksinə partiyada təşkilatlanma daha da yaxşı vəziyyətdir. Fikir ayrılığının olması normal haldır, amma bu hansısa parçalanmaya, üzvlərin sayının azalmasına səbəb ola bilməz”.

 

Qeyd edək ki, bu yaxınlarda Elman Fəttah Müsavat Partiyası başqanının müavini vəzifəsindən istefa verib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!