Modern.az

TQDK abituriyentlərə balları hesablamaq imkanı yaratdı

TQDK abituriyentlərə balları hesablamaq imkanı yaratdı

4 İyul 2011, 14:13

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 3-də 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.

İmtahan Respublikanın 4 şəhərində - Bakıda 41, Naxçıvanda 3, Gəncədə 6, Sumqayıtda 6 binada aparılıb.
TQDK bildirib ki, hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. İlkin statistik məlumatlara əsasən 2011-ci ildə III qrup üzrə ərizə vermiş 32869 abituriyentdən 1813 nəfəri imtaha gəlməyib. Abituriyentlərdən 32 nəfəri köçürməyə cəhd göstərdiklərinə görə imtahandan xaric olunub.

İmtahanda istifadə olunmuş sualların bütün variantlar və bölmələr üzrə düzgün cavabları, eləcə də  balların hesablanması proqramı artıq  TQDK-nın internet saytında yerləşdirilib.
(burada - //www.tqdk.gov.az/bh.swf)

Cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı