Modern.az

Bu il qeyri-neft sektoru uğurla inkişaf edib

Bu il qeyri-neft sektoru uğurla inkişaf edib

İqtisadiyyat

22 Dekabr 2017, 20:45

Azərbaycanın qeyri-neft sektoru 2017-ci ildə uğurla inkişaf edib. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev sahibkarlığın inkişafı və “Made in Azerbaijan” brendinin təşviqinə həsr olunmuş tədbir zamanı deyib.

 

Nazir qeyd edib ki, bu il iqtisadiyyatın inkişafı üçün vacib addımlar atılıb və bu istiqamətdə yaxşı nəticələr əldə olunub: “2017-ci ilin 11 ayı ərzində Azərbaycanın qeyri-neft iqtisadiyyatı 2,1 faiz, qeyri-neft sənayesi 3,5 faiz, kənd təsərrüfatı isə 4,2 faiz artıb”.

 

Ş.Mustafayev vurğulayıb ki, bu il müxtəlif infrastruktur layihələri reallaşdırılıb, dövlət dəstəyi mexanizmləri uğurla tətbiq edilib.

 

Nazir həmçinin sahibkarlıq fəaliyyətinin yoxlanılmasına moratorium məsələsinə toxunaraq deyib ki, 25 ay ərzində yalnız 143 yoxlama həyata keçirilib. Bundan əvvəlki 25 ay ərzində isə yoxlamaların sayı 121 mini keçmişdi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür