Modern.az

Abel Məhərrəmov Giresun Universitetinin rektor əvəzini qəbul edib

Abel Məhərrəmov Giresun Universitetinin rektor əvəzini qəbul edib

4 İyul 2011, 14:25

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyə Cümhuriyyətinin Giresun Universitetinin rektor əvəzi professor, doktor Aygün Attarı qəbul edib. BDU-nun Mətbuat və İnformasiya şöbəsindən Modern.az-a verilən məlumata görə, görüşdə əsasən Bakı Dövlət Universiteti ilə Giresun Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Qərara alınıb ki, ali təhsil ocaqları gələcəkdə birgə konfrans və simpoziumlar təşkil etsin, qrant və proqramlar üzərində işləsinlər.

Tərəflər təhsil ocaqları arasında ikitərəfli əlaqələrin faydalı olacağına əminliklərini ifadə ediblər.


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?