19 yanvar 2018, Cümə
Ana Səhifə - MEDİA - Facebook nə etmək istəyir...
Facebook nə etmək istəyir...
23.12.2017, 09:31

Facebook reklam gəlirlərini artırmaq üçün zaman keçdikcə səhifə paylaşımlarını daha az adama göstərir. Həmçinin digər tərəfdən reklamverənlərin sayı artdığından hər keçən gün reklam yeri uğrunda mübarizə də artır. Buna görə (həmçinin ola bilər Facebook-un süni müdaxilələri nəticəsində) reklam qiymətləri artmağa davam edir. “Socialbakers.com” qurucusu Han Rezabın açıqlamasına görə son bir ildə Facebook reklamlarının ortalama qiyməti 35% artıb.

 

Əlavə olaraq da Azərbaycanda 2017-ci ildən başlayaraq Facebook reklamlarına 18% vergi çıxılır. Bu o deməkdir ki, azərbaycanlı səhifə sahibi üçün reklam xərcləri son bir ildə 59% artıb.

 

2018-ci  ildə Facebookda reklam yerləşdirənlərin diqqət etmələri məqamları sosial media mütəxəssisi Orxan Rzayev  Modern.az-a danışıb:

 

“Önümüzdəki il edilməli olan ən əsas addımlardan biri məzmunun (kontent) keyfiyyətini artırmaqdır. Burada söhbət həm texniki, həm də mövzu baxımından gedir. Bir şeyi yadda saxlamaq lazımdır ki, sosial media və eləcə də sosial medianın qaydaları çox tez dəyişir. 3-4 il qabaq biz yolaver bir post paylaşıb nəticə əldə edə bilərdik, çünki həmin vaxt bizim səhifəmizin olması və orada paylaşımlar etməyimiz uğur sayıla bilərdi. Amma hazırda bizim kimi rəqiblərimizin də səhifəsi var, onlar da paylaşım edir, onlar da reklama pul qoyur. Yəni bizim etdiklərimizi edənlər artıq həddən artıq çoxdur və bu mübarizədə ən effektiv yollardan biri fərqli, diqqətçəkən kontent hazırlamaqdır. Belə olduqda sizi yadda saxlayırlar, sizi izləyirlər. O auditoriyanı necə idarə edəcəksiniz, o ikinci məsələdir.

 

Digər önəmli məqam – “influencer marketinq” (sosial mediada izləyicisi çox olan istifadəçilər vasitəsilə marketinq) fəaliyyətidir. Facebook-un reklam qiymətinin 1 ildə 59% bahalaşması fonunda hazırda “influencer marketinq” daha cəlbedicidir. Üstəgəl, bu marketinq fəaliyyətinin Facebook reklamlarından bir neçə üstün cəhəti var ki, bu da sizə əlavə fayda verir”.

 

Orxan Rzayevdeyir ki, reklam qiymətinin bahalaşması məhsul və xidmətin qiymətinə də təsir edə bilər.

 

“Bu artıma baxmayaraq Facebook hələ də ən ucuz və effektiv kanallardan biri olaraq qalır. Ona görə də uğurlu reklam kampaniyaları hazırlayanlar Facebook vasitəsilə qazanc əldə edirlər”.

Ekspert hesab edir ki, gələcəkdə Facebook-un bahalı reklam kanalına çevrilməsi real deyil.

“Təbii ki, ölkələr, regionlar üzrə ucuz olan rəqəmsal kanallarla yanaşı bahalı kanallar da var. Amma Facebook kimi 2 milyardlıq auditoriyası olan və strategiyasını ucuz reklam kanalı olaraq cızan bir platformanın gələcəkdə ən bahalı kanal olması inandırıcı görünmür”.

 

Media və Pr mütəxəssisi Vüqar Babanın sözlərinə görə sosial media reklamlarından istifadə edənlər də, bu reklamlara qoyulan tələblər də artır.

 

“Çox sayda şirkət sosial media reklamlarından istifadə edir. Ən çox istifadə olunanları isə Facebook və İnstagram-dır. Müxtəlif səbəblər, sosial media ilə bağlı verilən tələblər, qoyulan məhdudiyyətlər,vergi tətbiqləri reklamlardakı bu artımı dayandıra bilmir. Ən pis halda bu artımın sürətini,  tempini azalda bilir. Digər hallarda isə bu inkişaf onsuzda gedir. Eləcə də Facebook, İnstagram bəzən öz reklam siyasətini dəyişir. Reklamların görünmə qaydalarını, reklam vermə qaydalarını dəyişir. Reklam verərkən hansı izləyicilərə nə qədər reklam çatmağı ilə bağlı da dəyişiklik edir. Bunlar hamısı Facebook-un daha çox qazanc götürməyi üçün edilir.Sosial şəbəkə sahibləri öz qazanclarını güdürlər”.

Reklamın bahalaşmasının təsirlərindən də danışan Vüqar Baba bildirib:

 

“Bu artımın reklam istifadə edənlərin sayında azalmaya səbəb olacaq. Sayda azalma olsa da, reklama xərclənən pullar istifadəçilər tərəfindən artacaq. Facebook nöqteyi-nəzərdən baxanda gəlir çoxalacaq. Məsələn, əvvəllər 100 nəfər bir dollardan reklam qoyurdusa və 100 dollar qazanc götürürdüsə, indi 60 nəfər 2 dollardan qoyacaq və nəticə etibarilə gəlir artacaq.

 

Azərbaycanda da reklam vericilərin sayı və reklamların həcmi azalacaq. Lakin şəxs Facebook-un reklam qaydalarından düzgün istifadə edə bilirsə, o zaman xərc çoxalsa da effekt artacaq, reklam daha çox adama görünə biləcək. Daha fokuslanmış reklam qoyularsa, ordan əldə edəcəyi effektlilik daha da çox olacaq”.

 

 

 


Nəzrin RÜSTƏMOVA
Xəbərin müəllifi

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Deputatlar AŞPA-ya gedir
19.01.2018, 17:11

Deputatlar AŞPA-ya gedir

Sabah “ASAN xidmət” və “ASAN kommunal” işləməyəcək
19.01.2018, 17:01

Sabah “ASAN xidmət” və “ASAN kommunal” işləməyəcək

İzmirdə Xocalı soyqırımı parkı açılacaq   
19.01.2018, 16:48

İzmirdə Xocalı soyqırımı parkı açılacaq   

20 Yanvar tariximizə birlik və şərəf günü kimi yazılıb - FOTOLAR
19.01.2018, 16:48

20 Yanvar tariximizə birlik və şərəf günü kimi yazılıb - FOTOLAR

Azərbaycanda vərəmlə bağlı muzey yaradılacaq 
19.01.2018, 16:44

Azərbaycanda vərəmlə bağlı muzey yaradılacaq 

Bakıda güzəştli mənzillər 2019-cu ildə TƏHVİL VERİLƏCƏK
19.01.2018, 16:44

Bakıda güzəştli mənzillər 2019-cu ildə TƏHVİL VERİLƏCƏK

Azərbaycan əsgəri ŞƏHİD OLUB
19.01.2018, 16:32

Azərbaycan əsgəri ŞƏHİD OLUB

Suriya kürdləri Türkiyəyə ilə müharibəyə hazırlaşır
19.01.2018, 16:12

Suriya kürdləri Türkiyəyə ilə müharibəyə hazırlaşır

Parlamentin yaz sessiyasının ilk komitə iclası bu tarixdə olacaq
19.01.2018, 16:07

Parlamentin yaz sessiyasının ilk komitə iclası bu tarixdə olacaq

AXCP mətbuatla işləməyə lüzum görmür   
19.01.2018, 16:06

AXCP mətbuatla işləməyə lüzum görmür  

Dünya Azərbaycanlıları Moskvada toplaşacaq
19.01.2018, 16:00

Dünya Azərbaycanlıları Moskvada toplaşacaq

Deputat Cavanşir Paşazadə: “Onlar pislik etmək üçün yer axtarırlar” - MÜSAHİBƏ  
19.01.2018, 15:54

Deputat Cavanşir Paşazadə: “Onlar pislik etmək üçün yer axtarırlar” - MÜSAHİBƏ  

Sabah bu kinoteatrda nümayişdə olan filmlər  dayandırılacaq
19.01.2018, 15:52

Sabah bu kinoteatrda nümayişdə olan filmlər  dayandırılacaq

Tacikistanda maliyyə naziri işdən azad edildi
19.01.2018, 15:42

Tacikistanda maliyyə naziri işdən azad edildi

O, Ermənistanın prezidenti olarsa... - YAP-dan REAKSİYA
19.01.2018, 15:20

O, Ermənistanın prezidenti olarsa... - YAP-dan REAKSİYA

Azərbaycanda kütləvi şəkildə at kəsiləcək - icazə verildi
19.01.2018, 15:12

Azərbaycanda kütləvi şəkildə at kəsiləcək - icazə verildi

Rusların 78%-i Putinə etibar edir
19.01.2018, 14:56

Rusların 78%-i Putinə etibar edir

Quba məzarlığı ilə bağlı işlər tamamlanacaq – AÇIQLAMA
19.01.2018, 14:55

Quba məzarlığı ilə bağlı işlər tamamlanacaq – AÇIQLAMA

Rektordan 20 Yanvarla bağlı gənclərə ÇAĞIRIŞ - FOTOLAR
19.01.2018, 14:53

Rektordan 20 Yanvarla bağlı gənclərə ÇAĞIRIŞ - FOTOLAR

Ermənistanın başına keçməyə hazırlaşan namizəd kimdir? - DOSYE
19.01.2018, 14:21

Ermənistanın başına keçməyə hazırlaşan namizəd kimdir? - DOSYE

Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı
19.01.2018, 14:19

Kooperasiya Universitetində 20 Yanvar şəhidləri anıldı

Dönüş  nöqtəsi
19.01.2018, 14:18

Dönüş  nöqtəsi

YAP gəlirlərini və xərclərini açıqladı
19.01.2018, 14:13

YAP gəlirlərini və xərclərini açıqladı

Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri elan edilib
19.01.2018, 14:12

Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri elan edilib

Azərbaycanda hansı şirkətlər sosial layihələrə dəstək verir, XEYRİYYƏÇİLİK EDİR?   
19.01.2018, 13:58

Azərbaycanda hansı şirkətlər sosial layihələrə dəstək verir, XEYRİYYƏÇİLİK EDİR?  

Tibb dünyasında xərçənglə bağlı YENİLİK
19.01.2018, 13:48

Tibb dünyasında xərçənglə bağlı YENİLİK

Almaniyada polisi girov saxlayan azərbaycanlı ailə - Onlar saxta pasportla gediblər
19.01.2018, 13:27

Almaniyada polisi girov saxlayan azərbaycanlı ailə - Onlar saxta pasportla gediblər

Azərbaycan Basketbol Federasiyasının baş katibi vəfat etdi
19.01.2018, 13:04

Azərbaycan Basketbol Federasiyasının baş katibi vəfat etdi

Sabahdan hava dəyişəcək - güclü külək əsəcək - PROQNOZ
19.01.2018, 13:03

Sabahdan hava dəyişəcək - güclü külək əsəcək - PROQNOZ

Ermənistan iqtidarı prezidentliyə namizədini ELAN ETDİ
19.01.2018, 12:51

Ermənistan iqtidarı prezidentliyə namizədini ELAN ETDİ

Bu gün Yerevanda etiraz mitinqi olacaq
19.01.2018, 12:43

Bu gün Yerevanda etiraz mitinqi olacaq

Hacıbala Abutalıbovun Bakının yeni Baş Planı ilə bağlı iradları NƏZƏRƏ ALINDI   
19.01.2018, 12:38

Hacıbala Abutalıbovun Bakının yeni Baş Planı ilə bağlı iradları NƏZƏRƏ ALINDI  

Azərbaycanda daha iki hərbi zavod açılacaq
19.01.2018, 12:30

Azərbaycanda daha iki hərbi zavod açılacaq

İlham Əliyev Özbəkistan Prezidentinə başsağlığı verdi
19.01.2018, 12:16

İlham Əliyev Özbəkistan Prezidentinə başsağlığı verdi

REAL-ın prezidentliyə namizədi kim olacaq?
19.01.2018, 12:11

REAL-ın prezidentliyə namizədi kim olacaq?

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(52.9%)
SOCAR(11.7%)
Azersun Holding(0%)
Azercell(5.88%)
Bakcell(23.5%)
Nar mobile(0%)
Gilan Holdinq(0%)
Nurgun Group(0%)
Paşa Holding(5.88%)
Akkord(0%)